Yanvarın 10-da Göygöl rayonunun Şəhriyar kəndi ərazisindəki meşədə Gəncə qəsəbə sakini 28 yaşlı Rəşad Əliyevin cəsədi aşkar olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Cinayəti törətməkdə şübhəli bilinən Türkmənistan vətəndaşı Şahsayt Sayfromov rayon polis şöbəsi əməkdaşları tərəfindən saxlanılıb. Qeyd olunur ki, R.Əliyev Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsində çalışırdı.
Müəssisənin direktoru Aslan Vəliyevin sözlərinə görə, mərhum R.Əliyev hadisədən bir neəçə dəqiqə öncə ona zəng edib və qanunsuz ağac kəsmə ilə əlaqədar Ş.Sayfromov adlı şəxslə aralarında mübahisə yarandığını bildirib.
“R.Əliyev mənə zəng etdi ki, meşədə ağac kəsiblər, bunun qarşısnı almaq üçün o, Ş.Sayframova yaxınlaşıb. R.Əliyev bildirib ki Ş.Sayframov onu çox aqressiv qarşılayıb və öldürməklə hədələyib. Mən ona dedim ki, telefonu ver ona, mən ona qanunu izah edim. O isə mənə dedi ki bunu edə bilmir. Çünki bıçaqla üstünə gəlib. Belə olan halda mən dedim ki, qaç canını qurtar. Bundan sonra telefon əlaqəsi kəsildi”, – deyə A.Vəliyev qeyd edib.
Faktla bağlı Göygöl rayon prokuroluğunda istintaq tədbirləri davam etdirilir.
F.Mehdiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət