2015-ci ildə dövlət büdcəsinin gəlirləri nəzərdə tutulduğundan 11,6% az olub. Bu barədə maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.
“Hesabat ilində dövlət büdcəsinin gəlirləri nəzərdə tutulduğundan 2,3 milyard manat və ya 11,6% az olub. Gəlirlərin azalmasının əsas səbəbi neftin qiymətinin dünya bazarlarında kəskin aşağı düşməsi nəticəsində hökumət tərəfindən Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertin azaldılması və bununla Neft Fondunun valyuta ehtiyatlarına qənaət etməsi qərarı olub”,- deyə S.Şərifov qeyd edib. Nazirin çıxışı AzTV dövlət kanalında yayımlanıb.
Onun sözlərinə görə, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmalar 100,1% səviyyəsində icra olunub və müvafiq olaraq dövlət büdcəsi gəlirlərinin 41,5 və 9,3%-ni, mütləq ifadədə isə 7 milyard 118 milyon manat və 1 milyard 592 milyon manat təşkil edib.
O qeyd edib ki, 2015-ci ildə qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 6 milyard 950 milyon manat və yaxud 103,0 faiz icra edilməklə proqnozla nəzərdə tutulduğundan 200,0 milyon manat, 2014-cü illə müqayisədə isə 694,0 milyon manat və ya 9,5 faiz çox təşkil edib.
Ümumən vergi daxilolmalarında qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 40,5 faiz təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 6,5 faiz-bənd çoxdur.
Nazir bildirib ki, ölkə iqtisadiyyatının məruz qaldığı xarici qiymət şoklarının qısa və ortamüddətli təsirlərinə cavab olaraq büdcə yığcamlaşdırılması siyasətinin davam etdirilməsi və təsdiq olunmuş büdcə xərclərinin 3,1 milyard manat və ya 15,0% ixtisar edilməsi qərarına gəlinib.
“Bununla belə, sosialyönümlü xərclərin prioritetliyi saxlanılaraq, həmin məqsədə büdcə xərclərinin 32,1%-i və ya 5 milyard 752 milyon manatı yönəldilib ki, bu da 2014-cü illə müqayisədə 5% çoxdur”,- deyə o bildirib.
S.Şərifov bildirib ki, 2015-ci ildə dövlət büdcəsindən təhsil xərclərinə 1 milyard 605 milyon manat vəsait sərf olunub ki, bu da əvvəlki illə müqayisədə 51,3 milyon manat və yaxud 3,3% çoxdur.
Ayrılmış vəsaitin 190 milyon manatı bu sahə üzrə nəzərdə tutulan dövlət proqramları və tədbirlərinin maliyyə təminatına yönəldilib.
2015-ci ilin dövlət büdcəsində səhiyyə xərclərinə 708 milyon manat və yaxud 2014-cü illə müqayisədə 6,4% çox vəsait yönəldilib, səhiyyə sahəsi üzrə 13 dövlət proqramı və tədbirlərin maliyyələşdirilməsinə 161 milyon manat sərf edilib.
2016-cı ildə dövlət büdcəsinin gəlirləri 14 mlrd. 566 mln. manat, xərcləri 16 mlrd. 264 mln. manat, dövlət büdcəsinin kəsiri 1 mlrd. 698 mln. manat və ya ÜDM-nin 2%-i səviyyəsində proqnozlaşdırılır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət