Azərbaycan hökuməti “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın həyata keçirilməsinə 914 milyon manat vəsait ayırıb. Bunu maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
“2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin verilməsi işi davam etdirilib, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası üçün dövlət büdcəsindən 186 milyon manat vəsait ayrılıb”, - deyə S.Şərifov bildirib
“Onu da qeyd etmək istərdim ki, proqramın əhatə etdiyi dövr ərzində isə bütövlükdə 914,0 milyon manat vəsait ayrılıb. “Aqrolizinq” Acıq Səhmdar Cəmiyyətinə 71 milyon manat, o cümlədən iribuynuzlu damazlıq heyvanların idxalının həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 15 milyon manat və kənd təsərrüfatı texnikasının alınması üçün 16 milyon manat, yüksək keyfiyyətli sortluq toxum və tinglərin yetişdirilməsi məqsədilə toxumçuluq və tinglik təsərrüfatlarına dövlət büdcəsindən subsidiya qismində 5,3 milyon manat vəsait ayrılıb”,- deyə nazir qeyd edib.
Onun sözlərinə görə, 2015-ci ildə meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin maliyyələşdirilməsi diqqətdə saxlanılıb, bu məqsədə dövlət büdcəsinin cari xərclərindən 275 milyon manat, dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 116 milyon manat, xaricdən və daxildən cəlb edilmiş kreditlər üzrə isə 100 milyon manat, cəmi 491 milyon manat vəsait sərf olunub.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət