Azərbaycanda mindən çox məscid ölkə qanunvericiliyinə zidd şəkildə fəaliyyət göstərir. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı söyləyib.
“Hazırda Azərbaycanda 620 müsəlman icması var. Azərbaycanda fəaliyyət göstərən 1500 məsciddən yalnız 450-də Qafqaz Müsəlmanlrı İdarəsinin təyin etdiyi din xadimləri işləyir. 1500 məsciddən hər birinin öz dini icması olmalıdır və onların hər birinə din xadimləri təyin edilməlidir”, - deyə M.Qurbanlı “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
“Əgər məscid varsa və dini icma olmadan fəaliyyət göstərirsə, bu, düzgün fəaliyyət hesab edilmir. Yəni icmaların mövcud olması mütləq şəkildə vacibdir”,- deyə o bildirib.
M.Qurbanlı qeyd edib ki, belə olan halda bir qədər ziddiyyət müşahidə olunur, yəni Azərbaycan qanunvericiliyinə əsasən, məbəd və ziyarətgahlarda dini icmaların yaradılması vacibdir. Azərbaycanda 2100-ə yaxın məscid var. Qalan məscidlər yalnız müəyyən tədbirlər zamanı fəaliyyət göstərir.
M.Qurbanlı bildirib ki, istənilən məbəddə dini icmalar qeydiyyatdan keçməlidir, bu məbədin müsəlman, xristian, yəhudi və buddist məbədi olmasının fərqi yoxdur və ən azı 50 nəfərdən ibarət icma olmalıdır. Müəyyən ərazidə və ya məbəddə icma qeydiyyatdan keçdikdən sonra ora müəyyən dini ayinləri yerinə yetirmək üçün rəsmi nümayəndənin təyin edilməsi vacibdir.
“Əgər bu, müsəlman icmasıdırsa, o zaman məscidə axund və ya imam təyin edilməlidir. Həmçinin yəhudi icmasına, sinaqoqa və xristian icmalarına da rəhbər təyin edilməlidir”,- deyə komitə sədri qeyd edib.
Onun sözlərinə görə, icmaların qeydiyyatı böyük prosesdir və Dini Komitə bunun üzərində müntəzəm olaraq işləyir.
“Biz və QMİ bu istiqamətdə birgə fəaliyyət göstəririk”, - deyə o qeyd edib.
M.Qurbanlı 2015-ci ilin noyabr ayının sonunda hüquq-mühafizə orqanlarının Nardaran qəsəbəsində konstitusiya quruluşunun bərpa edilməsi istiqamətində keçirdiyi xüsusi əməliyyat barədə də danışıb.
“Nardaranda 9 məscid var. Bunlar kiçik məhəllə məscidləridir. Əsas məscid “Cümə” məscididir. Bu məscidə QMİ nümayəndəsi təyin edilib, lakin orada icma olmadığı üçün təyin edilən nümayəndə icmasız məscidin nümayəndəsi kimi qeydiyyatdan keçirilir. DQİDK Sabunçu Rayon İcra Hakimiyyəti ilə birlikdə Nardaran qəsəbəsində dini icmanın yaradılması üzrə iş aparır. Biz “Cümə” məscidinin qanuni əsaslarla fəaliyyət göstərə bilməsi üçün səylərimizi əsirgəmirik”,- deyə M.Qurbanlı qeyd edib.
M.Qurbanlının sözlərinə görə, icma fəaliyyətə başladıqdan sonra orada dini layihələrin həyata keçirilməsi üçün vəsait ayrılması nəzərdə tutulur. Bu layihələrə dini maarifləndirmə işlərinin aparılması və tarixən Nardaranda yaşamış məşhur din adamları barəsində kitabın nəşri daxildir.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət