Azərbaycanda spirtli içkilərin nağd qaydada satışı bərpa edilib. Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov çərşənbə axşamı AzTV dövlət kanalının efirində söyləyib.
“Müəyyən məsələlər həll olunmamış qalır. Vergilər Nazirliyi, hökumət, Prezident Administrasiyası, dövlət başçısı özü sahibkarlardan sənədlərin hazırlanması ilə bağlı işlərin başa çatdırılması xahişi ilə müraciətlər alırlar. Bütün bunları nəzərə alaraq, prezident bu qanunun qüvvəsinin müvəqqəti olaraq dayandırılması barədə tapşırıq verib. Hazırlıq işləri tam baş çatdıqdan sonra yəqin ki, ayrıca qərar veriləcək”, - deyə S.Ələkbərov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda dövriyyədə kifayət qədər pos-terminal və kart var, lakin əhali nağdsız hesablaşmalara hazır deyil. Buna görə bu məsələnin geniş təbliğinə ehtiyac var.
Dekabrın 8-də prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində 50 manatdan artıq məbləğdə spirtli içkilərin nağd qaydada satışının, eləcə də tütün məhsullarının topdan satışının qadağan edilməsini nəzərdə tutan dəyişikliklərin edilməsi haqqında qanunu təsdiq edib.
Dəyişikliklərə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda (50 manatadək) satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması 100 manat miqdarında cərimə edilir.
Dəyişikliklər siqaretlərin kiçik sayda, yalnız şəxsi istifadə üçün pərakəndə satışına imkan verir. Əgər siqaretlər növbəti satış məqsədilə əldə edilirsə, onların qiyməti yalnız bank və ya ödəniş kartları vasitəsilə ödənilməlidir. Əks halda 100 manat həcmində cərimə tətbiq ediləcək.
Bundan başqa, Cinayət Məcəlləsində nəzərdə tutulan dəyişikliklərə əsasən, tütün mallarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan malları nağd qaydada xeyli miqdarda satma, belə malları satış məqsədləri üçün nağd qaydada xeyli alma 1000 manatdan 2000 manatdək cərimə və ya 1 ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Əgər söhbət aksiz markası ilə markalanmalı olan məhsulları (1000 manatdan yuxarı) xeyli miqdarda satmaqdan gedirsə, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət