SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Gürcüstanda yearltı qaz anbarının tikintisi layihəsində iştirakı şirkətin bu ölkədəki mövqelərini yalnız möhkəmləndirəcək. Araşdırmalar Mərkəzinin direktoru, ekspert İlham Şaban belə hesab edir.
“Gürcüstanda yeraltı qaz anbarının tikintisi məsələsi strateji əhəmiyyət kəsb edir. Məsələ hətta layihənin kapital tutumunda deyil. Azərbaycan qazının “yay-qış” rejimində tədarükünün tənzimlənməsi üçün Gürcüstan ərazisində yeraltı qaz anbarının olması ən yaxşı variantdır. Əgər rəsmi Tbilisi bu layihənin reallaşmasına razılıq verərsə, bu, ARDNŞ-in Gürcüstan bazarında mövqeyinin sabit olacağı anlamına gəlir”, - deyə İ.Şaban qeyd edib.
O, həmçinin vurğulayıb ki, “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”nin həyata keçirilməsi SOCAR-ın Gürcüstan bazarında mövqelərini daha da möhkəmləndirəcək, “çünki tranzit qaz hesabına Azərbaycan qazının Gürcüstana tədarük payı əhəmiyyətli dərəcədə artacaq”.
Daha əvvəl Gürcüstanınenergetika və təbii ehtiyatlar naziri Kaxa Kaladzeyə istinadən məlumat verilib ki, “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”nin həyata keçirilməsinin planlaşdırıldığı 2019-cu ilə qədər Gürcüstan tədarükdən əlavə daha 5% əldə edəcək, bu da illik 1,5 mlrd. kubmetr qaz təşkil edəcək və ölkədə qaz çatışmazlığı problemini həll edəcək.
O, həmçinin bildirib ki, SOCAR 2016-cı ildə reallaşdırılması planlaşdırılan Gürcüstanda qaz anbarının tikintisində iştiraka maraq göstərib. Nazirin sözlərinə görə, bu, Gürcüstan üçün dəyəri təxminən $230-250 mln. təşkil edən “ən mühüm layihədir”.
Qaz anbarının tikintisinin Çinin “China Tianchen Engineering Corporation” (TCC) tərəfindən həyata keçiriləcəyi nəzərdə tutulur. Layihənin icrası məqsədilə şirkətlə ötən ilin sentyabr ayında əməkdaşlığa dair memorandum imzalanıb. Bununla yanaşı, Çin tərəfi ölkənin ixrac əməliyyatları üzrə agentliyi “China Export & Credit Insurance Corporation” (SINOSURE) və dünyada ən iri banklardan biri olan “Industrial and Commercial Bank of China”nın (ICBC) bu layihənin maliyyələşdirilməsinə qoşulmağa hazır olduğunu bildirib.
250 mln. kubmetrə qədər təbii qazın vurulacağı qaz anbarının tikintisi üçün Samqor neft yatağının (Şərqi Gürcüstan) cənub qübbəsi seçilib.
Gürcüstan regonun yeganə ölkəsidir ki, burada qaz anbarı yoxdur. Mütəxəssislərin hesablamalarına görə, layihə həyata keçiriləndən sonra ölkə qaza olan illik tələbatının təxminən 15%-ni qoruyub saxlamağa müvəffəq olacaq.
Gürcüstanda illik 2 mlrd. kubmetrdən artıq həcmdə təbii qaz istehlak olunur, ölkə demək olar ki, bütövlükdə idxaldan asılıdır. Respublikaya qaz əsasən Azərbaycandan tədarük olunur. Bundan başqa, respublika Ermənistana nəql edilən Rusiya qazının ümumi həcminin 10%-ni alır.
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət