Yanvarın 17-də Bakıda qan xəstəliklərindən əziyyət çəkən şəxslər üçün qanvermə aksiyası keçiriləcək. Bu barədə tədbirin təşkilatçıları məlumat veriblər.
Aksiyanın təşkilatçıları Mərkəzi Qan Bankı, Qan Donorları Assosiasiyası və Azərbaycan Talassemiya Federasiyasıdır.
“İrsi qan xəstəliklərindən əziyyət çəkən insanlara mütəmadi qan köçürülməlidir, əks halda həyati təhlükələri var. Bu səbəbdən 17 yanvar tarixində “Park Bulvar” ticarət mərkəzində könüllü və təmənnasız qanvermə aksiyası keçiriləcək”, - deyə təşkilatçılar bildiriblər.
Bundan başqa, qeyd olunub ki, donorluq əsl xeyriyyəçilikdir. Qan vermək – onu bölüşə bilənlər üçün çox cüzi, ona ehtiyacı olanlar üçün çox həyati vacib bir hadisədir.
“Sizlərin hər birini bu nəcib addıma qatılmanızı və övladlarımızı qan verərək xilas etmək üçün bu aksiyada iştirak etmənizi rica edirik”, - deyə təşkilatçılar vurğulayıblar
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət