2016-cı ildə Azərbaycanda 1 mln. 74,976 min sığortaçı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsini bağlayarkən Bonus (güzəşt) əldə edə biləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib.
2016-cı ildə sığortalıların 614,037 sığorta müqaviləsini yeniləyən şəxs yeni sığorta müqaviləsi bağlayarkən 5% güzəşt əmsalı, 241,277 min şəxs 10% güzəşt əmsalı, 153,509 min şəxs 15% güzəşt əmsalı əldə edəcək.
“2016-cı ildə informasiya sistemində yeni 10-cu sinif yaranmışdır ki, bu sinfin Bonus əmsalı 0,8%-dir. Yəni, 10-cu sinfə daxil olan sığortalılar bu il avtonəqliyyat üzrə icbari sığorta müqavilələrini 20% güzəştlə əldə edəcəklər. Bu sinfə 4 il ərzində heç bir sığorta hadisəsi törətməmiş və hər il ərzində sığortalı günlərinin sayı 275 gündən çox olan sığortalılar daxildirlər. Cari ildə bu cür sığorta olunanların sayı 66,153 min nəfər təşkil edəcək”, - deyə bürodan məlumat verilib.
Bundan başqa, cari ildə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsini yeniləyən 20,754 min sahibə malus (əvvəlki müaqavilə çərçivəsində sığorta hadisəsinə görə tarifə əlavə) sistemi tətbiq olunacaq. Xüsusilə 17,458 min nəqliyyat sahibinə sığorta müqaviləsi bağlanarkən 1,2 malus əmsalı, 2,596 min sahibə 1,6 malus əmsalı, 468 sahibə 2 malus əmsalı, 182 sahibə 2,45 malus əmsalı tətbiq olunacaq.
İSB-nin məlumatına görə, bir il ərzində 2016-cı ildə ən riskli sinfə daxil olan sığortalıların sayı 50 nəfər olub ki, bu sinfin cərimə əmsalı 3-ə bərabərdir.
Bütövlükdə, 2016-cı ildə sığortalıların 87,1%-i güzəşt, 1,7%-i cərimə əmsalları ilə icbari sığorta müqavilələri əldə edəcəklər, 11,2% sığortalı isə sığorta müqavilələrini baza sığorta haqqı ilə əldə edəcək.
AVSMMİS üzrə Bonus-malus sistemi 2013-cü il yanvarın 15-dən tətbiq olunur.
Xəbər verildiyi kimi, 2011-ci il dekabrın 16-dan Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin yeni tarif və şərtlərlə satışına başlanılıb.
Xüsusilə 50 manat məbləğində baza tarifi müəyyən olunub və mühərrikin həcmi 1500 kubsantimetrə qədər olan avtonəqliyyat vasitələrinə tətbiq olunur. Mühərrikin həcmi artdıqca 1,5-5 əmsalları tətbiq olunur. Mühərrikin həcmi 5 min kubsantimetrdən çox olan avtonəqliyyat vasitələri üçün 5 əmsalı tətbiq olunur, yəni sığorta tarifi 250 manat təşkil edir.
Sərnişindaşıma ilə məşğul olan avtobus və mikroavtobuslar üçün sığorta tarifi hesablananda əmsallar onların sərnişin yerlərinin sayından asılıdır. Belə ki, 9-16 sərnişin yerinə görə 3, 16-dan artıq yerə görə 4 əmsalı tətbiq edilir.
Yük avtomobillərində əmsal yükgötürmə qabiliyyətindən asılı olaraq 3-dən 5-ə qədər təşkil edir.
Motosiklet, traktor və digər kənd təssərrüfatı texnikası üçün əmsal 1-ə bərabərdir.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka dəymiş ziyana görə sığorta məbləği 5 min manat, sağlamlığa vurulan zərərə görə 5 min manat (bir nəfərə görə), bir sığorta hadisəsinə görə ümumi limit 50 min manat təşkil edir. Beləliklə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişin maksimum məbləği 55 min manat təşkil edə bilər.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb. 16 sığorta şirkəti İSB-nin üzvüdür. Onlardan 11 şirkət avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərmək hüququna malikdir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət