Türkiyənin “Petkim” neft-kimya kompleksi 2018-ci ildə məhsul ixracının həcmini $200 mln.-a çatdırmağa ümid edir. Bunu kompleksin rəhbəri Sadettin Korkut Türkiyənin Bloomberg HT kanalına müsahibəsində söyləyib.
“2015-ci ildə “Petkim” şirkətinin ixrac məhsullarının həcmi $110 mln. təşkil edib. Bizim məqsədimiz 2016-cı ildə bu göstəricini $155 mln.-a, 2018-ci ildə $175 mln.-a, 2018-ci ildə $200 mln.-a çatdırmaqdır”,- deyə S. Korkut qeyd edib.
Onun sözlərinə görə, “Petkim” şirkətinin səmərəli fəaliyyəti üçün neftin bir barelinin qiymətinin $50 olması ideal olardı.
“Biz 2017-ci ildə neftin qiymətlərində müəyyən artım gözləyirik və bunu nəzərə alaraq öz şirkətimiz üçün ən doğru olan mövqedə dayanmağa çalışırıq. “Petkim” şirkəti üçün dünya bazarlarında neftin bir barelinin qiymətinin 50 dollardan az və 60 dollardan yuxarı olmaması ideal olardı, çünki biz öz məhsullarımızın əksər hissəsini neftdən gəlir əldə edən ölkələrlə ixrac edirik. Neftin qiymətlərinin azalmasının bu ölkələrin iqtisadiyyatına mənfi təsir göstərməsi bizə sərfəli deyil”,-deyə o qeyd edib.
Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Komleksədə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları buraxılır.
SOCAR Turkey Enerji” şirkəti “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir (57,92%). Şirkət NEZ-in, konteyner terminalının tikintisi, daxili bazara qaz tədarükü və neft yataqlarının kəşfiyyatını da həyata keçirir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət