Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2015-ci ildə səhmdar cəmiyyətlərinə 212,5 min manat məbləğində cərimə sanksiyası tətbiq edib ki, bu da 2014-cü ilin göstəricisindən 55% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə QKDK-dan məlumat verilib.
2015-ci ildə QKDK-ya 358 səhmdar cəmiyyətində səhmdarların hüquqlarının pozulması barədə 309 şikayət daxil olub. Onların sayı 2014-cü illə müqayisədə 7%, barələrində şikayət daxil olmuş səhmdar cəmiyyətlərinin sayı 27% azalıb.
Şikayətlər araşdırıldıqdan sonra QKDK 174 halda səhmdar cəmiyyətlərinə ümumilikdə 212,5 min manat məbləğində cərimə tətbiq edilməsinə dair qərar qəbul edib. 2014-cü ildə isə 469,5 min manat məbləğində 378 cərimə tətbiq olunub.
Bundan başqa, 2015-ci ildə QKDK səhmdar cəmiyyətlərinə aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə icrası məcburi olan 70 göstəriş (azalma 19%) verib.
Ötən il 499 səhmdar cəmiyyəti (artım 0,4%) QKDK-ya illik hesabat təqdim edib.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət