“PriceWaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkəti Azərbaycan hökumətinə regionlardan asılı olaraq vergi yükünün differensiasiyasının tətbiqini təklif edir. Bu barədə şirkətin nümayəndəsi Rizvan Qubiyev bazar ertəsi “Vergi sistemində inkişaf və əməletmə” mövzusuna həsr olunmuş 5-ci illik Vergi konfransında bildirib.
“Biz bu və ya digər regionun iqtisadi inkişafından asılı olaraq ƏDV, gəlir vergisi, mənfəət vergisi üzrə dərəcələrin differensiasiyasını təklif edirik”, - deyə R.Qubiyev bəyan edib.
Onun sözlərinə görə, PwC hökumətə regionlarda müəssisələrə sərmayələrə yönələn dividendlər, həmçinin ərzaq məhsullarının istehsalı ilə məşğul olan şirkətlərlə bağlı güzəştlər tətbiq etməyi, Azərbaycanın bölgələrində qeyri-rezidentlərin əmanətləri üzrə faiz gəlirlərini gəlir vergisindən azad etməyi təklif edir.
“O cümlədən regionlardan birini bir növ offşor zonaya çevriməyi təklif edirik, yəni həmin bölgədə qeydiyyatdan keçən, lakin iqtisadi fəaliyyətini bütövlükdə xaricdə həyata keçirən şirkətlər barəsində vergi güzəştlərinin tətbiqini təklif edirik”, - deyə R.Qubiyev qeyd edib.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət