"Azertexnolayn" MMC Türkmənistana 60 mln. ABŞ dolları dəyərində boru tədarük edəcək. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "Azertexnolayn" MMC-nin Polad Boru, Polietilen Məmulatları və Texniki Avadanlıqlar zavodlarında ildə 200 min ton müxtəlif diametrli polad borular, 5 min ton müxtəlif diametrli və yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, metal tökmə üsulu ilə hidrotexniki siyirtmələr, yanğın söndürmə hidrantları və lyüklar, 3 min ton xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edilir. .
“Azertexnolayn" tərəfindən Türkmənbaşı limanının tikintisi üçün Türkmənistana svay boruların satışı ilə bağlı ümumi dəyəri 40 mln. dollar, Türkmənistanda su borularının dəyişdirilməsi və yenilərinin çəkilməsi ilə əlaqədar 20 mln. dollar olan müqavilələr imzalanıb. Sənədə əsasən, il ərzində Türkmənistana 25 min ton su borusunun ixracı nəzərdə tutulur”, - deyə məlumatda qeyd olunur.
Məlumatda vurğulanır ki, Sumqayıt Kimya Sənaye Parkının 4 rezidenti tərəfindən sənaye parkının ərazisində istehsal müəssisələrinin yaradılmasına $1,1 mlrd. məbləğində investisiyanın yatırılması nəzərdə tutulur.
Xəbər verildiyi kimi, 2012-ci ildə Vergilər Nazirliyi “Sumqayıt Kimya Sənaye Parkı” MMC-ni 500 min manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alıb.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılacaq.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət