Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2015-ci ildə 191 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bu barədə komitədən məlumat verilib.
Xəbər verildiyi kimi, 2014-cü ildə ƏMDK 205,2 min daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alıb. Beləliklə, 2015-ci ilin yekunları üzrə mülkiyyət hüquqlarının qeydiyyatı 6,9% azalıb.
Komitənin məlumatına əsasən, hesabat ili ərzində 41,371 min ipoteka müqaviləsi qeydə alınıb.
2015-ci ildə 137,012 min daşınmaz əmlaka dair texniki inventarlaşdırılma və çöl-ölçmə işləri aparılıb və texniki sənədlər tərtib edilib. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 128,322 min yüklülük (məhdudiyyət) arayışı verilib ki, bunun da 103,753 mini onlayn üsulla həyata keçirilib.
Hesabat ilində 2,857 min ədəd Registrdən çıxarış sənədi hazırlanıb.
Bundan başqa, ötən il komitə tərəfindən 90-dan çox normativ hüquqi aktın layihələri hazırlanıb.
Həmçinin ƏMDK-ya 31 elektron xidmət vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 300 minə yaxın elektron müraciət daxil olub və icra edilib.
Daşınmaz əmlakın qeydiyyatı sahəsində fəaliyyət göstərən mobil ofis xidmətləri vasitəsilə isə respublika üzrə vətəndaşlardan 86 mindən çox müraciət qəbul edilib.
“Kütləvi çıxarış” sosial kampaniyası çərçivəsində 6 mindən çox vətəndaşın mülkiyyət sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz edilib.
N.Abbasova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət