2015-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinin kəsiri 13,9 mln. manat və ya ÜDM-in 0,03%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2015-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinin gəlirləri 15 mlrd. 455,3 mln. manat təşkil edib. 2014-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə azalma 10% olub.
Mənfəət vergisi üzrə daxilolmalar 2 mlrd. 27,9 mln. manat (azalma 8,5%), ƏDV üzrə 3 mlrd. 65,8 mln. manat (artım 9,5%), gəlir vergisi üzrə 980 mln. manat (artım 11,8%), aksizlər üzrə 609,5 mln. manat (azalma 19,2%) təşkil edib, qalan göstəricilər digər vergi və daxilolmaların payına düşüb.
Hesabat dövründə dövlət büdcəsinin xərcləri 15 mlrd. 469,2 mln. manat (artım 25%) təşkil edib.
Bununla yanaşı, sosial müdafiə və sosial təminat sahəsinə 1 mlrd. 749,9 mln. manat (azalma 1,8%), təhsil sahəsinə 1 mlrd. 268,2 mln. manat (artım 4,9%), səhiyyə sahəsinə 563,4 mln. manat (artım 1,9%), ümumi dövlət xərclərinə 1 mlrd. 519,3 mln. manat (artım 26,4%), hüquq-mühafizə və məhkəmə orqanlarına 921,7 mln. manat (artım 0,1%), iqtisadiyyatın inkişafına 5 mlrd. 775,1 mln. manat (azalma 5,7%) yönəldilib. Qalan vəsaitlər digər sahələrin payına düşüb.
2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19 mlrd. 438 mln. manat, xərcləri 21 mlrd. 100 mln. manat, kəsiri 1 mlrd. 662 mln. manat və ya ÜDM-in 2,8%-i səviyyəsində təsdiq edilib.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət