2016-cı il yanvarın 1-nə Azərbaycanda 100,325 min hüquqi şəxs qeydiyyatdan keçib ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 6,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına görə, 2015-ci ildə 6,266 min hüquqi şəxs qeydiyyatdan keçib, 504 hüquqi şəxs fəaliyyətini dayandırıb.
2016-cı il yanvarın 1-nə respublikada 9,561 min kənd təsərrüfatı (artım 3,3%), 5,799 min təkrar emal (artım 3,9%), 10,641 min tikinti müəssisəsi (artım 4,3%) fəaliyyət göstərir.
Bundan başqa, cari ilin əvvəlinə topdan və pərakəndə satış, avtomobil və digər məişət mallarının təmiri ilə məşğul olan 25,937 min (artım 4,2%), maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 1,591 min (artım 5,4%), daşınmaz əmlakla bağlı əməliyyatlarla məşğul olan 1,203 min (artım 19%), inzibati və yardımçı xidmətlərlə məşğul olan 3,577 min (artım 4,3%), rabitə və informasiya sahəsində fəaliyyətlə məşğul olan 2,456 min (artım 14,7%), sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə məşğul olan 1,573 min hüquqi şəxs (artım 7,4%) qeydiyyata alınıb.
2016-cı il yanvarın 1-nə olan vəziyyətə görə, hüquqi şəxslərin strukturunda 87,985 min hüquqi şəxs (bütün hüquqi şəxslərin 87,7%-i) özəl müəssisələrin, 5,781 min hüquqi şəxs xarici, 1,850 min hüquqi şəxs birgə müəssisələrin, 10,646 min hüquqi şəxs (10,6%) dövlət müəssisələrinin, 1,694 min hüquqi şəxs (1,7%) bələdiyyələrin payına düşür.
Bundan başqa, 2016-cı il yanvarın 1-nə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 576,906 min fiziki şəxs qeydiyyatdan keçib. 2015-ci ilin əvvəlləri ilə müqayisədə onların sayı 11% artıb.
Kənd təsərrüfatı sahəsində 102,942 min, emal sənayesi sahəsində 15,711 min, topdan və pərakəndə satış, avtomobil və məişət mallarının təmiri sahəsində 201,151 min fiziki şəxs fəaliyyət göstərir.
İlin əvvəlinə maliyyə və sığorta fəaliyyəti ilə 1,462 min, daşınmaz əmlakla bağlı əməliyyatlarla 10,998 min, inzibati və yardımçı xidmətlər sahəsində 2,557 min, tikinti fəaliyyəti ilə 4,989 min, turistlərin yerləşdirilməsi və ictimai iaşə ilə 34,432 min, nəqliyyat və anbar təsərrüfatı ilə 72,808 min, sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə 7,705 min, digər xidmətlərlə 80,413 min fiziki şəxs, qalanları digər fəaliyyət növləri ilə məşğul olur.
Statistik məlumatlara görə, Bakıda 53,448 min hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 194,795 min fiziki şəxs var.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət