SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) İranda həyata keçirilən həm onşor, həm də ofşor enerji layihələrində iştirakda maraqlıdır. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev bazar günü İrana səfər zamanı İran Milli Neft Şirkətinin (NIOC) prezidenti Roknəddin Cavadi ilə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
“Görüş zamanı İran üzərindən beynəlxalq sanksiyaların aradan qaldırılmasından sonra müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın geniş potensiala malik olduğu vurğulanıb, bunun ikitərəfli iqtisadi münasibətlərə güclü təkan verə biləcəyi qeyd olunub.
SOCAR-ın İranda həyata keçirilən həm onşor, həm də ofşor enerji layihələrində maraqlı olduğu bildirilib”, - deyə məlumatda qeyd edilir.
Həmçinin tərəflər gələcək əməkdaşlığın “yol xəritəsinin” hazırlanmasının məqsədəuyğunluğundan söz açıblar.
“İran tərəfi SOCAR ilə əməkdaşlığın neft hasilatı, neft və neft məhsullarının ticarəti, birgə elmi tədqiqatlar və digər sahələri əhatə edə biləcəyini vurğulayıb”, - deyə məlumatda vurğulanır.
SOCAR prezidenti R.Cavadini Bakıya səfərə dəvət edib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət