Qusar Logistika Mərkəzi və Bağçılıq Təsərrüfatı saxlama tutumunu mövcud 12 min tondan 30 min tona qədər artırmağı planlaşdırır. Bunu şirkətin baş direktoru Elnur Mənsimov söyləyib.
“12 min ton tutuma malik Logistika Mərkəzi 2014-cü ildə tikilib. Onun yaradılmasına 12 mln. manat investisiya qoyulub, bunun 5 mln. manatı Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı kreditdir. Hazırda biz mərkəzin həcmini 30 min tona qədər artırmağı planlaşdırırıq”, - deyə E.Mənsimov yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, mövcud intensiv meyvə bağlarının sahəsinin 300 hektardan 500 hektara qədər artırılması nəzərdə tutulub.
“Bu intensiv bağların salınmasında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə etməyi planlaşdırırıq”,- deyə baş direktor qeyd edib.
“Mövcud meyvə bağlarımızda istehsal etdiyimiz məhsulları “Qusar” markası adı altında həm ölkə daxilində satırıq, həm də Rusiya və MDB ölkələrinə ixrac edirik. Gələcək planlarımız ixrac coğrafiyamızı daha da genişləndirərək Avropa və Asiya bazarlarına çıxmaq və məhsullarımızın öz milli brendlərimiz altında satışını həyata keçirməkdir”,- deyə E.Mənsimov əlavə edib.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət