"Embawood" MMC-nin yaradılmasına və inkişaf etdirilməsinə ümumi investisiyalar 80 mln. manat təşkil edib. Bu barədə MMC-nin baş direktoru Elşad Abbasov bəyan edib.
“Şirkətimiz 1996-cı ildə yaradılıb. Ümumilikdə müəssisəmizin yaradılmasına və inkişaf etdirilməsinə 80 mln. manat investisiya qoyulub. Hazırda Azərbaycanda 135 brend mağazamız fəaliyyət göstərir və istehsal olunan məhsulların “EMBAWOOD”, “Madeyra” və “İdeal Dizayn” markaları altında satışı həyata keçirilir”, - deyə E.Abbasov dünən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, şirkət istehsal olunan məhsulların ixracını genişləndirməyi planlaşdırır. “Məhsul istehsalı üçün lazım olan xammalı müxtəlif MDB ölkələrindən alırıq. Bu baxımdan məhsullarımızın maya dəyərini aşağı salmaqla rəqabətqabiliyyətliliyini gücləndirmək, istehsalı artırmaq, həmçinin Rusiya, Qazaxıstan və Orta Asiya ölkələrinə ixrac imkanlarını genişləndirmək üçün həmin xammal materiallarının gömrük rüsumlarından azad olunması məqsədəuyğun olardı”, - deyə E.Abbasov bildirib.
Baş direktor vurğulayıb ki, şirkət müasir avadanlığın alışı üşün 3,2 mln. manat məbləğində güzəştli kredit əldə edib.
“Təkcə son 3 ildə müəssisəmiz tərəfindən dövlət büdcəsinə 25 mln. manat məbləğində vergi və sosial ödənişlər həyata keçirilib”, - deyə o əlavə edib.
“Embawood” Azərbaycanda ən iri mebel istehsalçısıdır.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət