“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 2016-cı ildə mənzil tikintisini bərpa edəcək. Bu barədə çərşənbə günü jurnalistlərə ASC-nin baş direktoru Göksel Aybek məlumat verib.
“2016-cı ildə biz mənzil tikintisi seqmentində əməliyyatları bərpa etməyi planlaşdırırıq. 5 il ərzində ümumilikdə 725 min kvadratmetr yaşayış sahəsini tikib istifadəyə verməyi nəzərdə tuturuq”, - deyə G.Aybek qeyd edib.
Onun sözlərinə görə, 2016-2020-ci illərdə şirkət bu sahədə Mərdəkan, Xocahəsən, Novxanı, Biləcəri və Badamdar qəsəbələrində 5 layihə həyata keçirməyi nəzərdə tutub. Bunlar müxtəlif seqmentləri əhatə edən mənzillər - ekonom, orta və lüks dərəcəli mənzillər olacaq”,- deyə o əlavə edib.
Bundan başqa, növbəti 5 ildə şirkət ümumilikdə 80 min kvadratmetrlik qeyri-yaşayış sahəsi tikməyi planlaşdırır.
Baş direktor deyib ki, şirkət 2006-2010-cu illərdə tikintisinə başlanmış bütün daşınmaz əmlakı sata bilib.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” 2010-cu ilin avqustunda “Akkord İnşaat Sənaye” ASC və “Yeni İnşaat Konsaltinqi” MMC tərəfindən təsis edilib. Səhmdarları bir hüquqi və iki fiziki şəxsdir. Nizamnamə kapitalı 74 mln. 112,5 min manata bərabərdir. Korporasiya tikinti və istehsal seqmentlərində fəaliyyət göstərir. Korporasiya müxtəlif tikinti materiallarının istehsalı ilə məşğul olur, yol-nəqliyyat infrastrukturunun tikintisi üzrə bir sıra layihələrin podratçısıdır. Bundan başqa, şirkət Bakıda və Abşeron yarımadasında yaşayış komplekslərinin tikintisi ilə məşğul olur.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət