Beynəlxalq Valyuta Fondu (BVF) bildirib ki, bu həftə ölkədəki iqtisadi vəziyyətin analizini aparmaq, texniki yardım göstərilməsi zərurətini və ölkənin mümkün maliyyə tələbatını öyrənmək üçün öz missiyasını Azərbaycana göndərəcək.
“Financial Times” qəzetinin məlumatına görə, BVF və Dünya Bankı (DB) Bakı ilə 4 mlrd. ABŞ dollarına yaxın təcili kredit paketinin ayrılması imkanını müzakirə edəcəklər. Bu, neftin qiymətinin ucuzlaşmasından ziyan çəkmiş ölkələrə yardım paketi seriyasından ilk kredit ola bilər.
Eyni zamanda, paketin müzakirəsi hələ ki, ilkin mərhələdədir və Azərbaycan hökuməti BVF-nin köməyi olmadan fəaliyyət variantını seçə bilər”, - deyə qəzet yazır.
Dekabr ayının sonundan Azərbaycan manatı dollara nisbətən 1/3 dəfədən çox ucuzlaşıb, ölkədə kapital axının qarşısının alınması üçün tədbirlər görülüb, büdcə kəsiri ÜDM-nin 9%-dək artıb. Eyni zamanda, Azərbaycan böyük valyuta ehtiyatlarına malikdir və xarici borcunun səviyyəsi aşağıdır.
BVF və DB Braziliya kimi digər neft istehsalçısı olan ölkələrdə də monitorinq keçirəcəklər. Venesuelada dərinləşən böhran fondla bu ölkə arasında 10 ildən artıq bir müddətdə kəsilmiş əlaqələrin bərpa olunmasına imkan yaradıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət