2015-ci il ərzində Naxçıvan Muxtar Respublikasında Sahibkarlığa Kömək Fondunun kredit vəsaiti və digər mənbələr hesabına sənaye və kənd təsərrüfatı yönümlü 41 istehsal və 6 xidmət sahəsi olmaqla, ümumilikdə 47 müəssisənin yaradılması istiqamətində işlər başa çatdırılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Yeni yaradılmış istehsal müəssisələri tərəfindən silikon yorğan-döşək və yataq dəsti, alçıpan örtüklər, gips, əhəng, məsaməli beton məmulatları, süd məhsulları, unlu-qənnadı məmulatları, çörək, yarma istehsalı həyata keçirilir. Ötən il istifadəyə verilən yeni istehsal sahələri sırasında istixana, çiyələkyetişdirmə, heyvandarlıq və balıqçılıq təsərrüfatları da vardır”,- deyə MR-in İqtisadiyyat Nazirliyindən bildirilib.
Yeni istehsal sahələrinin yaradılması daxili bazarı yüksək keyfiyyətli yerli məhsullarla təmin etməklə bərabər, əhalinin məşğulluğunda da mühüm rol oynayır. Belə ki, 45 istehsal və xidmət sahəsində 344 yeni iş yeri açılıb.
Sahibkarlığa Kömək Fondunun krediti və digər mənbələr hesabına kompot, mürəbbə, turşu, bərk pendir, qarışıq qüvvəli yem istehsalının, toxumçuluq, heyvandarlıq, quşçuluq, zinət əşyaları, medal və döş nişanları, elektrik açarları və müxtəlif növ xidmət sahələri olmaqla, 9 müxtəlif təyinatlı istehsal müəssisəsi, 5 müxtəlif növ xidmət sahəsi, ümumilikdə 14 müəssisənin yaradılması istiqamətində işlər davam etdirilməkdədir.
2015-ci il ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondu tərəfindən 25 müxtəlif təyinatlı layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 11 milyon 289 min 200 manat maliyyə dəstəyi göstərilib.
“Müxtəlif sahələr üzrə yeni istehsal müəssisələrinin yaradılması daxili bazarda yerli istehsalın çəkisini xeyli artırıb. Bunun nəticəsidir ki, hazırda muxtar respublikada fəaliyyəti bərpa edilmiş və ya yenidən qurulmuş istehsal müəssisələrində 119 növdə, 513 çeşiddə ərzaq, 242 növdə, 603 çeşiddə qeyri-ərzaq olmaqla, cəmi 361 növdə, 1116 çeşiddə məhsul istehsal olunur. İstehsal olunan 107 növdə ərzaq, 236 növdə qeyri-ərzaq olmaqla, 343 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Bu, idxaldan asılılığın ciddi şəkildə azaldılmasına, əhalinin tələbatının keyfiyyətli məhsullarla ödənilməsinə şərait yaradıb”, - deyə nazirlikdən qeyd olunub.
Q. Hüseynova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət