“Fitch Ratings” beynəlxalq reytinq agentliyi birləşməyi qərara almış “AGBank” və “DəmirBank”ın kredit reytinqləri üzrə bəyanat yayıb. Bu barədə agentliyin saytında məlumat verilir.
“Fitch” “AGBank”ın uzunmüdətli emitent defoltu reytinqini (EDR) “CCC”, qısamüddətli EDR-ni “C” səviyyəsində müəyyənləşdirib.
“AGBank”ın dayanıqlılıq reytinqi “CCC”-dən “f” səviyyəsinə qədər azaldılıb. Bundan əlavə, bank Rating Watch Negative (RWN) (reytinqə təkrar baxılma imkanı) siyahısından çıxarılıb. Agentlik EDR üzrə proqnozu dəyişib (“CCC”), “AGBank”ın reytinqini “mənfi”dən “inkişaf edənə” doğru dəyişib.
“Fitch” “Dəmir Bankı”ın uzunmüddətli EDR-ni “B” səviyyəsində müəyyən edib və onu
“Rating Watch Positive” siyahısında saxlayıb.
“Reytinq qiymətləndirməsi “AGBank” və “DəmirBank”ın birləşəcəyi barədə verilən qərardan sonra baş verib. Biz bankları 2015-ci ilin dekabr ayının 24-də manatın devalvasiyasından dərhal sonra - hər iki bankın kapital mövqelərinin əhəmiyyətli dərəcədə zəifləməsindən sonra RWN siyahısına daxil etmişik”,- deyə agentliyin məlumatında bildirilir.
“Fitch”in “AGBank” üzrə qərarı onunla əlaqədardır ki, agentliyin analitiklərinin rəyinə görə, bank səhmdar kapitalı çatışmazlığı səbəbi ilə fəaliyyət qabiliyyətini itirib və təcili dəstəyə ehtiyac hiss edir. 2015-ci ilin sonunda manatın devalvasiyası nəticəsində bankın kapital yetərliliyi normativi 2015-ci ilin noyabr ayının sonuna 9,7%-dən 0,9%-ə enib.
Bundan əlavə, “AGBank”ın rezerv edilməmiş xidmət olunmayan kreditləri var (90 gün gecikdirilmə ilə)
Bankın EDR proqnozunun dəyişməsi ona əsaslanır ki, bankın kreditorlar qarşısında duran qısamüddətli risklərə qarşı qeyri-müəyyənlik var.
“DəmirBank”ın agentlik üzrə qərarı manatın devalvasiyası nəticəsində bankın kapital mövqelərinin və aktivlərinin keyfiyyətinin zəifləməsi ilə əlaqədardır. Bank həmçinin daha zəif kapitallaşmaya malik “AGBank”la birləşmə ilə əlaqədar olaraq risklərə malikdir və bu, onun kredit portfelinə və reytinqlərinə əlavə təzyiq göstərə bilər.
2015-ci ilin sonuna “DəmirBank”ın kapitalının adekvatlığı minimal 10% tələbinə qarşı 10,9% təşkil edib.
Agentliyin qiymətləndirmələrinə görə, iki bank birləşəcəyi halda yeni bankın kapital adekvatlığı 6% təşkil edəcək və ona kapitala olan minumum tələbləri yerinə yetirmək üçün ən azı 28 mln. manat lazım olacaq. Bundan əlavə, agentliyin analitikləri hesab edirlər ki, yeni banka kreditlər üzrə zərəri ödəmək üçün əlavə kapital lazım gələcək.
Hər iki bankın rəhbərliyi agentliyə bildiriblər ki, onlar o halda birləşəcəklər ki, səhmdarlar və AMB tərəfindən yeni banka kifayət qədər dəstək göstərilsin, eləcə də kapitalın yetərliliyi komfort səviyyədə olsun.
“Fitch”in qiymətləndirmələrinə görə, birləşmiş bankın kredit reytinqi “B” səviyyəsində ola bilər, lakin yeni bank daha zəif kapitallaşmaya və ya aşağı keyfiyyətli aktivlərə malik olarsa, reytinq “B” səviyyəsindən aşağı ola bilər.
Bununla yanaşı, agentlik qeyd edir ki, əgər birləşmə baş tutmazsa, “AGBank”ın reytinqi azaldıla bilər.
Xəbər verildiyi kimi, 2016-cı ilin yanvar ayının sonunda AGBank" ASC və "DəmirBank" ASC arasında konsolidasiya ilə bağlı ilkin protokol imzalanıb. “Həm kadr potensialı, həm geniş xidmət şəbəkəsi, həm də təcrübə baxımından hər iki bank bazarda aparıcı banklardandır. Banklar resurslarını birləşdirməklə daha güclü, dayanıqlı olmaqla yanaşı, sinerji nəticəsində mövcud bazar paylarını artıracaqlar. Bununla yeni formalaşacaq maliyyə institutu mövqeyinə, beynəlxalq standartlara, trendlərə uyğunluğuna görə bazarın ən güclü oyunçularından biri kimi möhkəmlənəcək”, - deyə bankların birgə bəyanatında bildirilmişdi.
Konsolidasiyadan sonra yeni inkişaf mərhələsinə qədəm qoyulacağı gözlənilir. Belə ki, daha böyük xidmət şəbəkəsi ilə yeni məhsul və xidmətlər müştərilərə daha rahat, operativ şəkildə təqdim olunacaq. Eyni zamanda, yeni texnologoyaların, innovasiyaların daha geniş miqyasda tətbiqi nəzərdə tutulur ki, bu da biznes proseslərin müasirləşdirilməsi, daha keyfiyyətli müştəri xidmətinin həyata keçirilməsinə öz təsirini göstərəcəkdir.
“DəmirBank” 1989-cu ildə yaradılıb və respublikanın aparıcı banklarının onluğuna daxildir. Bankın səhmdarları 850-dən çox fiziki və hüquqi şəxs, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı (25%+1 səhm) və Hollandiya İnkişaf Maliyyə Şirkətidir (FMO, 10%).
“AGBank” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. Bankın səhmdarları 65 hüquqi və fiziki şəxsdir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət