Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bir sıra mətbu orqanının Gəncədə əmək yarmarkasında vakansiyaların rəsmiyyət üçün təqdim edilməsinə dair bəyanatlarını təkzib edir.
“Bu, tamamilə yanlış fikirdir. Əmək yarmasında heç bir vakant yer rəsmiyyət üçün təqdim oluna bilməz. Bu, müəssisələr tərəfindən rəsmi olaraq təqdim edilən vakansiyalardır”, - deyə S.Müslümov “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bəyan edib.
Onun sözlərinə görə, Gəncədə 796 iş yeri təqdim olunub.
“Orada sadəcə olaraq təqdim olunan yerlər və işə düzəlmək istəyənlər arasında uyğunsuzluq olub. Bu halda müəyyən ajiotajın yaranması mümkündür. Bu, normal haldır”, - deyə nazir bildirib.
Qeyd edək ki, bir sıra mətbu orqanı Gəncədə təşkil edilən əmək yarmarkası zamanı işə düzəlmək istəyənlərlə hüquq-mühafizə orqanları arasında insidentin baş verməsinə dair məlumat yayıb.
Məlumatda qeyd edilib ki, təqdim olunan vakansiyaların rəsmiyyət xarakterli olması Gəncə sakinlərinin narazılığına səbəb olub.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət