“GəncəBank”ın əmanətçiləri kompensasiya almaq üçün Əmanətlərin Sığortalanması Fonduna (ADIF) müraciət etməyə tələsmirlər. Bunu mətbuat konfransında fondun rəhbəri Azad Cavadov söyləyib.
“Fondun fevralın 4-dən etibarən kompensasiya ödənişləri üçün ərizə qəbuluna başlamasına baxmayaraq, bu günə qədər bizə cəmi 12 nəfər müraciət edərək ümumilikdə 150 min manat kompensasiya alıb”, - deyə A.Cavadov qeyd edib.
Ümumilikdə “Gəncəbank”da qorunan əmanətləri olan 378 əmanətçi 1,5 mln. manat məbləğində kompensasiya almalıdır. A.Cavadov KİV-lər vasitəsi ilə “Gəncəbank” əmanətçilərinə müraciət edərək onları kompensasiyalarını almağa çağırıb.
“Qeyd edim ki, qorunan əmanətləri olan "Bank of Azerbaijan”ın əmanətçiləri nəzərdə tutulan 24 mln. manatdan artıq 16 mln. manatı əldə ediblər. Kompensasiyaların ödənişinə yanvarın 29-da başlanılıb”, - deyə A. Cavadov qeyd edib.
Onun sözlərinə görə, "Bank of Azerbaijan"ın əmanətçiləri tərəfindən müraciətlərin sayı azalıb. “Əgər əvvəllər hər gün 2-3 mln. manat kompensasiya ödəyirdiksə,indi 1,5 mln. manata yaxın ödəniş həyata keçiririk”,- deyə A.Cavadov qeyd edib.
ADİF bankda 30 min manatadək qorunan əmanətlər üçün kompensasiya ödəyir.
Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 18-də “Bank of Azerbaijan”ın, yanvarın 22-də “Gəncəbank” ASC-nin lisenziyasını ləğv edib. Bu qərar bankın məcmu kapitalın minimum məbləği tələbinə əməl etməməsi (50 mln. manat - İF-Az), kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməməsinə görə qəbul edilib.
“Gəncəbank” ASC 1994-cü ildə yaradılmışdı.
“Bank of Azerbaijan” 1993-cü ildən fəaliyyət göstərirdi. Son 3-4 ildə bank maliyyə çətinlikləri ilə üzləşmişdi.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət