Maliyyə Nazirliyi“Unicapital İnvestisiya Şirkəti” ASC-ni qısa və ortamüddətli dövlət istiqrazlarının satışında anderrayter olaraq seçib. Bu barədə şirkətin məlumatında deyilir.
“Bütün əqdlərdə anderrayter qismində “Unicapital” çıxış edəcək”,- deyə məlumatda bildirilir.
Maliyyə Nazirliyi cümə günü 20 mln. manat və 12 mln. dollarlıq dövlət istiqrazlarının satışı üzrə uğurlu hərrac keçirib.
Ümumi həcmi 12 mln. ABŞ dolları olan 1 illik və 2 illik dövlət istiqrazları müvafiq olaraq 2.77% və 3.02% gəlirlilik dərəcəsi ilə investorlar tərəfindən alınıb.
İnvestorlar illik 7,79% gəlirlilik dərəcəsi və 182 gün tədavül müddəti ilə 5 mln. manatlıq, illik 8,8% gəlirlilik dərəcəsi və 364 gün tədavül müddəti ilə 15 mln. manatlıq, 2.77% gəlirlilik dərəcəsi və 364 gün tədavül müddəti ilə 7 mln. dollarlıq, 3,02% gəlirlilik dərəcəsi və 728 gün tədavül müddəti ilə 5 mln. dollarlıq istiqraz əldə ediblər.
Maliyyə Nazirliyi 2016-cı ildə ümumi həcmi $500 mln. və 400 mln. manat təşkil edən qısa və uzunmüddətli dövlət istiqrazları yerləşdirməyi planlaşdırır.
“Unibank”ın törəmə strukturu olan “Unicapital” ASC bu ilin yanvar ayında investisiya şirkətinə çevrilib. Şirkətin nizamnamə kapitalı 300 min manat təşkil edir.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət