Rusiya Federasiyasının F.Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası 2016-cı ilin mart ayında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sifarişi ilə yük vaqonlarının tədarükünü başa çatdıracaq. Bu barədə ADY-nin mətbuat xidmətindən bildirilir.
“2015-ci ilin mart ayında “Azərbaycan Dəmir Yolları” QSC ilə Rusiya Federasiyasının F.Dzerjinski adına “Uralvaqonzavod” Elmi-İstehsal Korporasiyası arasında 3,1 min müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanıb, artıq bu günə kimi ölkəyə 3,03 min yeni yük vaqonu gətirilib. Qalan 70 vaqonun da yaxın bir ay ərzində gətirilməsi nəzərdə tutulur”, - deyə məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, 2015-ci il martın 12-də ADY ilə “Uralvaqonzavod” EİK QSC arasında 2,9 min yük vaqonunun, o cümlədən universal yarımvaqonlar, qapalı vaqоnlar, taxıl daşıyan vaqonlar, sement daşıyan vaqonlar, platformalar, universal platformalar, neft və neft məhsullarının daşınması üçün sisternlər, sement üçün hopper-vaqonlar və hopper-dozator vaqonlarının gətirilməsi haqqında müqavilə imzalanıb.
“Uralvaqonzavod” 100-ə yaxın növdə məhsul buraxan çoxsahəli maşınqayırma kompleksidir. Burada, xüsusilə hərbi texnika, yol-tikinti maşınları, tamamilə metaldan hazırlanmış yarımvaqonlar, ixtisaslaşmış vaqonlar və dəmiryol sisternləri buraxılır. Şirkətin səhmlərinin hamısı (100%) “Rosimuşestvo”ya məxsusdur. Şirkət Rusiyanın yük vaqonu bazarının 45%-dən artıq hissəsinə nəzarət edir.
“Azərbaycan Dəmir Yolları” QSC respublikada dəmir yolu daşımaları sahəsində inhisarçıdır.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət