Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun, AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikası: tarix və müasirlik” mövzusunda Naxçıvanın muxtariyyət qazanmasının 92-ci ildönümünə həsr olunan elmi konfrans keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“XX əsrin 90-cı illərində qədim Naxçıvan diyarının muxtariyyətinin qorunub saxlanılması, bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Muxtariyyət statusunun beynəlxalq hüquqa əsaslanması Naxçıvanı həm də erməni təcavüzündən qoruyub”,- deyə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib.
İsmayıl Hacıyev bildirib ki, qədim diyara muxtariyyət statusunun verilməsi zəruri tarixi-siyasi, coğrafi amillərdən irəli gəlib. Naxçıvanın muxtariyyət qazanması onun Azərbaycanın tərkibində qalmasına, inkişaf etməsinə əhəmiyyətli hüquqi-siyasi zəmin yaradıb. Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda respublikamızın tərkibində qalmasını şərtləndirən Moskva və Qars müqavilələri imzalanıb. Beynəlxalq Moskva və Qars müqavilələri mühüm geostrateji əhəmiyyətə malik Naxçıvanın ərazisinin toxunulmazlığının təmin olunmasında mühüm əhəmiyyət kəsb edib. Həmin sənədlər əsasında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının təşkil edilməsi ilə birlikdə qədim diyarın təhlükəsizliyi və gələcək inkişafı da təmin olunub.
Vurğulanıb ki, Naxçıvan Azərbaycanın böyük dövlətçilik ənənələrinə malik olan qədim diyarıdır. X əsrdə burada “Naxçıvan şahlığı”nın, XII əsrdə isə Atabəylər dövlətinin yaranması da bunu təsdiq edir. Bundan əlavə, XVIII əsrdə Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan biri olan Naxçıvan xanlığı inzibati idarəçiliyin formalaşmasına əsaslı töhfələr verib. XX əsrin əvvəllərində həmin dövlətçilik ənənələrinin əsasında 1 milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikası yaradılıb.
Sonra Naxçıvan Dövlət Universitetinin elmi katibi, dosent Elçin Zamanovun “Muxtariyyət ərəfəsində Naxçıvanda ictimai-siyasi vəziyyət”, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, dosent Emin Şıxəliyevin “Moskva və Qars müqavilələri: Naxçıvanın ərazi taleyi”, həmin institutun aparıcı elmi işçisi, dosent Musa Quliyevin “Behbud ağa Şahtaxtinski və Naxçıvanın muxtariyyət statusu”, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, dosent Xəzər Hüseynovun “Naxçıvan MSSR-in yaranması”, “Naxçıvan” Universitetinin idarəetmə fakültəsinin dekanı, dosent Elbrus İsayevin “Naxçıvan Muxtar Respublikasının inkişaf yolu” mövzularında elmi məruzələri dinlənilib, müzakirələr aparılıb.
Q.Hüseynova
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət