Dünya Bankı (DB) Bakı-Şamaxı avtomobil yolunun genişlənməsi layihəsinin başa çatmasına $140 mln. həcmində əlavə kredit təqdim etməyi planlaşdırır. Bu barədə DB-nin Bakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenko çərşənbə günü jurnalistlərə bildirib.
“Yaxın həftələrdə hökumətlə danışıqlara başlamağı və 2016-cı il martın sonuna kimi kredit vəsaitinin ayrılmasını təsdiq etməyi planlaşdırırıq”, - deyə L.Leşçenko bəyan edib.
Onun sözlərinə görə, Azərbaycanda cari layihələr üzrə kreditlərin mənimsənilməsi 18% təşkil edir, bu da “yaxşı göstəricidir”.
DB-nin Direktorlar Şurası 2010-cu ilin may ayında avtomobil yollarının yaxşılaşdırılması ilə bağlı 3-cü layihə üçün Azərbaycana $241,6 mln. məbləğində kreditin verilməsini təsdiq edib. Kredit iki hissədən ibarətdir. Xüsusilə $171,6 mln. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri ilə 4 ili güzəştli olmaqla 17 il müddətinə ayrılıb. $70 mln. məbləğində daha bir kredit isə Beynəlxalq İnkişaf Assosiasiyasının şərtləri ilə 10 ili güzəştli olmaqla 20 il müddətinə ayrılıb. Layihənin ümumi dəyəri $356,15 mln. məbləğində qiymətləndirilir. Layihənin reallaşdırılması üçün qalan məbləğ Azərbaycan hökuməti tərəfindən ayrılacaq. DB-nin kredit vəsaitləri uzunluğu 100 km-dən çox olan Bakı-Şamaxı yolunun bir hissəsinin iki zolaqdan dörd zolağa qədər genişləndirilməsi, magistral yolların idarə və istismarına yeni yanaşmaların tətbiqi üzrə tədqiqatların aparılması üçün istifadə ediləcək.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. İndiyədək bank Azərbaycanda 50-dən çox layihənin reallaşdırılmasına ümumilikdə $3,3 mlrd.-dan artıq məbləğdə kredit və qrant ayırıb.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət