“VTB Bank (Azerbaijan)” iki depozit məhsulu üzrə şərtləri yeniləyib ki, bu da əhalidən əmanətləri manat və dollarla yanaşı, rublda da qəbul etməyə imkan verəcək. Bu barədə bankdan məlumat verilir.
”Sərfəli” və “Universal” əmanətlərinin valyutası ilə yanaşı, faiz dərəcələrində və digər şərtlərində də dəyişikliklər edilib. Hər iki əmanət Azərbaycan və xarici vətəndaşlar olan fiziki şəxslər üçün nəzərdə tutulub.
İndi “Sərfəli” əmanətini açmaq üçün minimal məbləğ 100 AZN/USD və 5000 rubl, minimal müddət isə cəmi 1 ay təşkil edir. Əmanətin maksimal müddəti 24 aydır. “Sərfəli” manat əmanəti üzrə maksimal faiz dərəcəsi illik 14%, 1 aylıq əmanət üçün illik 10% təşkil edir. Dollar əmanəti üçün müddət 24 ay olduqda faiz dərəcəsi illik 6% (12 aylıq əmanətdə - 5,5%), 1 aylıq əmanət üçün illik 1,5% təşkil edir. Rubl əmanətində faiz dərəcəsi 12 ay və 24 ay üçün eynidir və illik 10%-ə bərabərdir (1 aylıq depozitdə - illik 6%).
Yığım əmanəti olan “Unversal” üzrə minimal müddət 3 ay, maksimal – 36 ay təşkil edir. Əmanətin valyutası manat olduqda müddətindən asılı olmayaraq faiz dərəcəsi illik 12%-dir. Dollar əmanətində maksimal faiz dərəcəsi 7%-ə bərabərdir (12 aylıq əmanət üçün – 5,5%). Rublda olan əmanətə gəlincə, Rusiya valyutası ilə əmanəti 12 aylıq illik maksimal 8,5%-lə yerləşdirmək mümkündür.
“Unversal” əmanəti üzrə yeni şərtlərə əsasən, manat əmanətinin bütün müddəti ərzində minimal məbləğ 50 manat olmaqla depozitə vəsait əlavə etmək mümkündür. Dollar və rublla əmanəti ilk 6 ay ərzində minimum 50 USD/1000 rubl artırmaq olar.
Hər iki əmanət üzrə hesablanmış faizləri bankomatdan götürmək üçün müştəriyə bonus qismində pulsuz depozit kartı təqdim olunur. “VTB Bank (Azerbaijan)”da açılmış əmanətlərin əsas üstünlüyü odur ki, “VTB Qrupu”nun güzəşt şəbəkəsinin istənilən bankomatında bu kimi əməliyyatlar aparıldıqda müştəri əlavə komissiya ödəmir. Belə ki, rubl əmanəti üzrə yüksək illik faiz dərəcəsini və faizləri əlavə komissiyasız çıxarmaq imkanı nəzərə alındıqda, bu əmanətlər rubl vəsaitləri olan və tez-tez Rusiyaya səfər edənlər üçün çox sərfəlidir. “VTB Qrupu”nun güzəştli şəbəkəsinə “VTB24”, “Moskva Bankı”, “Leto Bank”, “Bank VTB (Gürcüstan)”, “Bank VTB (Ukrayna)”, “Bank VTB (Qazaxıstan)” və “Bank VTB (Belarus)” kimi bankların çoxsaylı filial və şöbələri daxildir.
“Bank VTB (Azərbaycan) müştərilərinə çevik və sərfəli şərtlərlə əmanətlər təklif edir. Beynəlxalq maliyyə qrupunun bir üzvü kimi üstünlüklərimizdən istifadə etmək üçün müştərilərimizə şərait yaradırıq. Bank daim bu istiqamətdə fəaliyyət göstərir və müştərilərinə, o cümlədən fəaliyyət göstərdiyimiz ölkələrə, ilk növbədə də Rusiyaya daim səfər edən və ya orada yaşayanları nəzərdə tutan məhsullar təqdim edirik”, – deyə məlumatda bankın İdarə Heyətinin sədri Yuri Yakovlevin sözlərindən sitat gətirilir.
Azərbaycan Mərkəzi Bankı 2008-ci ilin noyabr ayında Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təqdir edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət