“Azərbaycan Dəmir Yolları” QSC İran-Azərbaycan-Rusiya dəmir yolu dəhlizinin ilkin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması məqsədilə məsləhətçi seçir. Bu barədə QSC-nin elanında deyilir.
Seçim “Azərbaycan Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi” layihəsi çərçivəsində maraqların ifadə olunması üsulu ilə həyata keçirilir.
Məsləhətçinin vəzifələrinə “Şimal-Cənub” İran-Azərbayan-Rusiya dəmir yolu dəhlizinin cari statusunun qiymətləndirilməsi, dəmir yolu kontekstində bu dəhlizlə bağlı əsas məsələlərin təsvir edilməsi, dəhliz və tənzimləyici normativ bazaya dair dövlət strategiyasının tədqiqi daxildir.
Bundan əlavə, məsləhətçi yolu və həmin dəhlizin variantlarını öyrənməli, qatarların hərəkətinə dair proqnozlar hazırlamalı, tikinti və istifadə üçün xərclər smetasını hesablamalı və potensial gəlir və iş imkanlarını araşdırmalıdır.
Müqavilənin icra müddəti 8 aydır.
İddiaçılardan ərizələr 10 mart 2016-cı il tarixinədək qəbul ediləcək.
Xəbər verildiyi kimi, “Azərbaycan Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi” layihəsinin ümumi dəyəri $795 mln. təşkil edir. Bunun $450 mln.-u Dünya Bankı, $215 mln.-u Çexiyanın “Eximbank”ı, $137 mln.-u Azərbaycan hökuməti tərəfindən ayrılacaq.
Layihə həmçinin dəmir yolunda xidmətlərin təkmilləşdirilməsini, rəqabətliliyin, əməliyyat və iqtisadi səmərəliliyin təmin edilməsini, “Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə imkanlarının genişlənməsini nəzərdə tutur.
Layihə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilir. Layihənin məqsədi Rusiya, Azərbaycan, İran, Hindistan və Omanın nəqliyyat-informasiya magistrallarının inteqrasiyasıdır.
Azərbaycan, İran və Rusiya arasında 2005-ci ildə imzalanmış yol tikintisi haqqında saziş İran ərazisində 375 km uzunluğunda, Azərbaycan ərazisində isə Astara ilə Azərbaycan-İran sərhədi arasında dəmir yolu seqmentlərinin tikintisini, eləcə də Azərbaycan ərazisində mövcud olan dəmir yolunun yenidən qurulmasını nəzərdə tutur. Layihənin dəyəri $200 mln. təşkil edir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət