Prezident İlham Əliyev Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsini və strukturunu təsdiq edib.
Çərşənbə axşamı dövlət başçısının rəsmi saytında dərc edilmiş Əsasnaməyə müvafiq olaraq dövlət agentliyinin fəaliyyət istiqaməti icbari tibbi sığorta sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək; icbari tibbi sığorta sahəsinin inkişafını təmin etmək; tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlərin yaradılması, onun əlçatan olması, əhalinin sağlamlığının qorunması və yaxşılaşdırılması məqsədi ilə tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin artırılması istiqamətində tədbirlər görməkdən ibarətdir.
Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq agentliyin vəzifələri aşağıdakılardır: icbari tibbi sığorta sahəsi üzrə dövlət proqramlarının, strategiyaların və inkişaf konsepsiyalarının həyata kecirilməsində iştirak etmək; icbari tibbi sığorta proqramı çərçivəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görmək; icbari tibbi sığorta olunanlara icbari tibbi sığorta proqramına uyğun tibbi yardım göstərilməsi üçün tibb müəssisələri ilə müqavilələr bağlamaq; icbari tibbi sığorta üzrə riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari tibbi sığorta müqaviləsi bağlamaq; sığortaolunanlara baza zərfi çərçivəsində göstərilən profilaktika, müalicə və reabilitasiya yardımının həcminin, müddətinin, keyfiyyətinin və qiymətinin tərəflərlə bağlanılmış müqavilənin şərtlərinə uyğun olmasına nəzarət etmək; icbari tibbi sığorta müqaviləsinin qüvvəyə mindiyi andan sığortaolunana icbari tibbi sığorta şəhadətnaməsi vermək.
Əsasnaməyə əsasən, agentliyin ştat cədvəli Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət