Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon iqtisadiyyat naziri Şahin Mustafayevlə görüş zamanı Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi siyasətə, proqramlara, eləcə də özəl sektora Dünya Bankının dəstək göstərməyə hazır olduğunu deyib. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, M.Tembon Azərbaycanın iqtisadi sahədə gördüyü işləri yüksək qiymətləndirib. O bildirib ki, hökumət tamamilə doğru olaraq hazırkı dövrdə özəl sektorun dəstəklənməsini prioritet istiqamət kimi müəyyənləşdirib.
Nazir Ş.Mustafayev yeni iqtisadi şəraitdə Dünya Bankı ilə daha sıx əlaqələrin davam etdiriləcəyini vurğulayıb, ölkədə həyata keçirilən islahatlarda, qanunvericiliyin və biznes mühitinin təkmilləşdirilməsi, özəl sektorun mövcud durumda maliyyə resurslarına çıxışının genişləndirilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair təklifləri diqqətə çatdırıb.
O vurğulayıb ki, hazırda "Abşeron göllərinin bərpası" layihəsi üzrə Dünya Bankı və yerli mütəxəssislərlə birgə iş aparılır.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. İndiyədək bank respublikada 50-dən çox layihənin reallaşdırılmasına ümumilikdə $3,3 mlrd.-dan artıq məbləğdə kredit və qrant ayırıb.
A.Axundov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət