Azərbaycan hökuməti Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləri üzrə proqnoza təkrar baxmaq və onları 3 mlrd. 230,3 mln. manat azaltmaq niyyətindədir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə parlamentdən məlumat verilib.
2016-cı ildə ARDNF-in gəlirləri 6 mlrd. 711 mln. 564,1 min manat, xərcləri 8 mlrd.181 mln. 399,7 min manat səviyyəsində təsdiq edilib. Beləliklə, fondun gəlirlər üzrə proqnozunu 52% azaltmaq planlaşdırılır.
“2016-cı il dövlət büdcəsinə düzəlişlər layihəsi parlamentə təqdim olunub. Layihədə neftin baza qiymətinin $50-dən $25-dək azaldılması nəzərdə tutulur. Bununla əlaəqdar ARDNF-in gəlirləri üzrə proqnoz 3 mlrd. 230,3 mln. manat azalacaq”, - deyə parlamentdən qeyd ediblər.
Bununla yanaşı, fondun 2016-cı il üçün xərclərinə də təkrar baxılacaq. “2016-cı il dövlət büdcəsinə düzəlişlər layihəsində fonddan transfertlərin həcminin 1 mlrd. 615 mln. manatdan 7 mlrd. 615 mln. manatadək artırılması nəzərdə tutulur”, - deyə mənbə bildirsə də, cari ildə ARDNF-in xərclərinin təshih edilmiş həcmini dəqiqləşdirməyib.
Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət