“Azərbaycan multikulturalizmi” fənnini tədris proqramına daxil edən xarici ali məktəblərin siyahısına bu həftə daha iki nüfuzlu ali məktəb də əlavə olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən məlumat verilib.
Bundan sonra Almaniyanın Auqsburq şəhərinin eyniadlı universitetində və İndoneziyanın Cokyakarta şəhərində ölkənin ən tanınmış universitetlərindən biri olan Qacah Mada Universitetində tələbələr “Azərbaycan multikulturalizmi” ilə tanış olmaq imkanı əldə edəcəklər.
Bu ali məktəblərdə tədris prosesi müxtəlif cür təşkil edilib. Auqsburq Universitetində tədris intensiv kurs şəklində planlaşdırılıb. Universitetin alman dili və ədəbiyyatı üzrə mütəxəssisi, professor Klaus Volf 5 gün ərzində “Azərbaycan multikulturalizmi” fənnini tədris edib. Kursa Auqsburq Universitetinin filologiya və tarix fakültələrinin 10 tələbəsi qatılıb.
Mütəxəssislərin “İndoneziyanın Oksfordu” adlandırdığı Qacah Mada Universitetində məşğələlər bütün semestr ərzində təşkil ediləcək. Fənni Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Həbib Zərbəliyev tədris edir.
H.Zərbəliyev Sankt-Peterburq Şərqşünaslıq İnstitutunun məzunudur.
Yaxın günlərdə “Azərbaycan multikulturalizmi” kursu B.Yeltsin adına Ural Federal Universitetində, İvane Cavaxaşvili adına Tbilisi Dövlət Universitetində, Müqəddəs Kliment Oxridski adına Sofiya
Universitetində yenidən tədris ediləcək.
“Azərbaycan multikulturalizmi” kursu 13 xarici ali məktəbdə daimi və tələb olunan fənn kimi mənimsənilib.
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət