Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mart ayında ölkədə icbari tibbi sığortanın tətbiqi məqsədilə xaricdən texniki yardım məsələsini həll etməyi planlaşdırır. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev ANS telekanalına bildirib.
“Almaniya, Türkiyə, Estoniya və Fransa nümayəndələri ilə Azərbaycanda icbari tibbi sığortanın tətbiqi məqsədilə texniki yardım almaq məsələsinə dair danışıqlar aparırıq.
Düşünürəm ki, mart ayında bu məsələni həll edəcəyik”, - deyə Z.Əliyev bəyan edib.
Onun sözlərinə görə, Dövlət Agentliyi texniki yardım çərçivəsində Azərbaycanda tətbiq olunacaq icbari tibbi sığorta modelinə dair təkliflərin 2-3 ay ərzində hazırlanacağına ümid edir.
Xəbər verildiyi kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2016-cı ilin ilk yarısında icbari tibbi sığorta modelinin əsas məqamlarını, mərhələlərini müəyyən etməyi planlaşdırır. Bundan sonra qanunvericilikdə dəyişikliklər ediləcək, tibb müəssisələrinin icbari tibbi sığortaya hazırlanması başa çatdırilacaq. 2016-cı ilin sonlarına doğru və ya 2017-ci ilin əvvəlində icbari tibbi sığortanın tətbiqi məqsədilə pilot layihənin həyata keçirilməsinə başlanacaq. Beynəlxalq təcrübədə icbari tibbi sığortaya hazırlıq prosesi və ölkə üzrə tam tətbiqi 3-5 il arasında dəyişir.
İcbari tibbi sığorta çərçivəsində aztəminatlı ailələrə, əlil və pensiyaçılara müəyyən güzəştlər nəzərdə tutulur. Bu güzəştlərin hansı formada olacağına isə modelin tətbiqinə başlayandan sonra aydınlıq gətiriləcək.
A,Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət