2016-cı ilin yanvar ayında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 880,7 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 23,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına əsasən, yanvar ayında kapital qoyuluşlarının ümumi həcmindən 772 mln. manat (bütün investisiyaların 87,6%-i) istehsalat təyinatlı obyektlərin, 65,7 mln. manat (bütün investisiyaların 7,5%-i) xidmət obyektlərinin, 43 mln. manat yaşayış sahələrinin inşasına (bütün investisiyaların 4,9%-i) yönəldilib.
Hesabat dövrü ərzində 629,4 mln. manat (bütün investisiyaların 71,5%-i) xarici investisiyaların, 251,3 mln. manat (bütün investisiyaların 28,5%-i) daxili investisiyaların payına düşüb.
Ötən ay əsas kapitala dövlət investisiyalarının həcmi 115,4 mln. manat (bütün investisiyaların 13,1%-i), özəl investisiyaların həcmi 765,3 mln. manat (bütün investisiyaların 86,9%-i) təşkil edib.
Hesabat dövründə tikinti-quraşdırma işlərinə kapital qoyuluşları 642,9 mln. manat və ya bütün kapital qoyuluşlarının 73%-ni təşkil edib.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət