2016-cı ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 149 milyon 359 min 800 manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
“Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 % artaraq 335,9 manata çatıb”,- deyə məlumatda qeyd edilir.
Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 86 milyon 282 min 800 manat həcmində məhsul istehsal edilib ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricini 1,8% üstələyib. İnfrastruktur quruculuğu çərçivəsində cari ilin yanvar ayı ərzində muxtar respublikada əsas kapitala 46 milyon 901 min 500 manat həcmində investisiya yönəldilib. Əsas kapitala yönəldilmiş investisiyaların 44 milyon 218 min 100 manatı və ya 94,3%-i tikinti-quraşdırma işlərinin payına düşüb.
2016-cı ilin yanvar ayında informasiya və rabitə xidmətlərinin həcmi 3 milyon 650 min manata yaxın olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9% çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 2 milyon 901 min manat olmaqla bir il öncəki göstəricini 1,9% üstələyib.
2016-cı ilin yanvar ayında muxtar respublikada əhalinin gəlirləri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4% artaraq 102 milyon 259 min manat, onun hər bir nəfərə düşən həcmi isə 0,3 % yüksələrək 230 manat təşkil edib.
2015-ci ildə muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 399,5 manat təşkil edib və bu göstərici əvvəlki illə müqayisədə 2,1% artıb.
1 fevral 2016-cı il tarixinə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 53204-ə çatıb ki, bunun da 50170-i və ya 94,3%-i aktiv hesablardır. 2016-cı ilin yanvar ayında açılmış 209 bank hesabının hamısı aktiv hesablar olub.
Muxtar respublikada POS-terminalların sayı fevralın 1-nə 1069-a çatdırılıb.
Cari ilin yanvar ayında muxtar respublikada 25299,8 min ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın həcmi son bir il ərzində 1,2% artaraq 23596,2 min dollar, idxalın həcmi isə 41,3 % azalaraq 1703,6 min dollar həcmində olub. Xarici ticarət üzrə 22 milyon dollara yaxın həcmdə müsbət saldo yaranıb.
Q.Hüseynova
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət