İqtisadiyyat Nazirliyi investisiyaların təşviqi mexanizminə dair təkliflər hazırlayaraq təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim edib. Bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.
“İqtisadiyyat Nazirliyi prezident İlham Əliyevin “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında”
fərmanının reallaşdırılması çırçivəsində öz təkliflərini hazırlayaraq hökumətə təqdim edib. Ümid edirəm ki, onlar razılaşdırılaraq yaxın vaxtlarda qəbul olunacaq. Həmin təkliflər investisiyaların minimum həcmi, onların yatırılacağı regionlara, iqtisadi fəaliyyət sahələrinə aiddir”, - deyə N.Səfərov çərşənbə axşamı sənayenin inkişafına dövlət dəstəyi üzrə tədbir çərçivəsində bəyan edib.
Onun sözlərinə görə, ümumilikdə investisiyaların təşviqi mexanizminin tətbiqi Azərbaycanda sənaye sektorunun inkişafına dövlət dəstəyinin gücləndirilməsinin təməli olacaq.
Nazir müavini vurğulayıb ki, hazırda respublikada "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün
Dövlət Proqramı"nın reallaşdırılması çərçivəsində işlər davam edir. Bu məqsədlə sənayeləşmə siyasəti çərçivəsində iş aparılır - sənaye zonaları, parklar, məhəllələr yaradılır, sahibkarlığa dövlət dəstəyi həyata keçirilir.
N.Səfərov əlavə edib ki, sənayenin inkişafının əsas istiqamətləri müəyyən edilib. “Bunlar - modernləşmə və innovasiyalara, təbii ehtiyatların səmərəli istifadəsinə əsaslanan inkişaf, son məhsul istehsalına qədər texnoloji zəncirin yaradılması, rəqabətə davamlı sənaye istehsalının həcminin artırılması, qeyri-neft ixracının həcminin genişləndirilməsidir”, - deyə o bildirib.
Bundan başqa, nazir müavini qeyd edib ki, Neftçala rayonunda sənaye məhəlləsinin fəaliyyətinin təşkili üzrə iş başa çatmaq üzrədir, “3-4 aydan sonra sənaye məhəlləsi fəaliyyətə başlayacaq”. “Sənaye məhəlləsinin ərazisində fəaliyyətdə maraqlı olan sahibkarların ərizələrinə əsasən, onların layihələrinin reallaşdırılması nəticəsində burada 400-ə yaxın iş yeri yaradılacaq”, - deyə o qeyd edib.
Xəbər verildiyi kimi, 18 yanvar 2016-cı il tarixində prezident İlham Əliyev investisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Bu fərmanla dövlət başçısı “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nı təsdiq edib. İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara verilən sənəd Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanunda nəzərdə tutulan güzəştlərdən istifadə etməyə imkan verir. Nazirlər Kabineti investisiya layihələrinin seçim meyarlarını müəyyənləşdirəcək. Söhbət investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidlərindən gedir.
İqtisadiyyat Nazirliyi sahibkara sənəd verildikdən sonra 3 gün ərzində bu barədə Vergilər Nazirliyinə, Dövlət Gömrük Komitəsinə məlumat verir.
Fərmana əsasən, Nazirlər Kabineti investisiya təşviqi sənədinin və həmin sənədi almaq üçün ərizənin formalarını bir ay müddətində təsdiq etməlidir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət