Milli Məclis sədrinin müavini, Azərbaycan parlamentinin ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti ATƏT PA-nın 15-ci qış sessiyasında iştirak etmək üçün fevralın 24-dən 27-dək Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat verir.
Nümayəndə heyətinə Milli Məclisin deputatı, ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev, deputatlar Ülviyyə Ağayeva, Kamran Nəbizadə, Elşad Həsənov və Tahir Mirkişili daxildirlər.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova və ATƏT PA-nın Büro üzvü Azay Quliyev öncə Daimi komitənin iclasında iştirak edəcəklər. Həmin iclası ATƏT PA-nın sədri İlkka Kanerva açacaq.
Daimi komitədə qış sessiyasının gündəliyi təsdiqlənəcək, maliyyə hesabatı dinləniləcək, cari il üçün nəzərdə tutulan tədbirlərə hazırlıqdan bəhs olunacaq. İclasda qurumun xüsusi komitələrinin və xüsusi nümayəndələrinin fəaliyyəti barədə, həmçinin seçkilərin müşahidəsi ilə bağlı məruzələr dinləniləcək, bir sıra təşkilati məsələlərə baxılacaq.
ATƏT PA-nın 15-ci qış sessiyasında öncə Ümumi komitələrin birgə iclası keçiriləcək. ATƏT-in baş katibi, səfir Lamberto Zanerin və qurumun Parlament Assambleyasının xüsusi nümayəndəsi xanım Xedi Frayın məruzələri dinləniləcək, fikir mübadiləsi aparılacaq. “ATƏT regionunda miqrant və qaçqın böhranı” məsələsi üç komitənin birgə iclasında xüsusi müzakirə mövzusu olacaq.
Siyasi məsələlər və təhlükəsizlik Ümumi komitəsinin iclasında “ATƏT regionunda transmilli təhlükəsizlik: terrorizmlə mübarizə” mövzusu ətrafında geniş diskussiya aparılacaq.
Demokratiya, insan hüquqları və humanitar məsələlər Ümumi komitəsində “Miqrantların və qaçqınların insan hüquqları” məsələsi diqqət mərkəzində olacaq.
İqtisadi məsələlər, elm, texnika və ətraf mühit üzrə Ümumi komitənin iclasında “Miqrasiyanın idarə olunması: ATƏT regionunda iqtisadiyyat üçün imkanlar və çağırışlar” məsələsinə baxılacaq.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət