Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyədə Avrasiya Universitetlər Birliyi tərəfindən keçirilmiş Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-dən məlumat verilib.
Rektor sözügedən Sammitin Türk dünyasında ali təhsil müəssisələrinin beynəlmiləlləşdirilməsi adlı panelində “Azərbaycanda ali təhsilin beynəlmiləlləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib.
E.Qasımov səfər çərçivəsində bir sıra mühüm görüşlər də keçirib. Belə ki, o, Yıldız Texniki Universitetinin rektoru Prof. Dr. İsmayıl Yükseklə görüşərək hər iki ali təhsil müəssisəsi arasında Elektrik mühəndisliyi və elektronika ixtisası üzrə gələcəkdə birgə mütəxəssis hazırlığının təşkili barədə müzakirə aparıb və bu barədə tərəflər arasında ilkin razılıq əldə olunub. Görüşdə, həmçinin rektorun başçılıq etdiyi nümayəndə heyətinin cari ilin aprel ayında Bakıya səfəri məsələləri də müzakirə edilib.
Rektor sərgidə iştirak etmiş bir sıra qurumların – Avropa Tələbə Xidmətləri Mərkəzi, DAAD, Study in Turkey, Study Portal və Mezun təşkilatlarının nümayəndələri ilə də görüşlər keçirib. Bu qurumlar əcnəbi tələbələrin müxtəlif ölkələrdə təhsilinin təşviqi sahəsində ixtisaslaşıblar və onlarla tələbə mübadiləsi imkanları barədə müzakirələr aparılıb.
Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti və İstanbul Aydın Universitetinin rektoru, Dr. Mustafa Aydınla görüşündə rektor Elmar Qasımov EURAS çərçivəsində ali təhsil müəssisələri ilə tədris və elmi-tədqiqatın müxtəlif istiqamətlərində əməkdaşlıq perspektivləri barəsində ətraflı müzakirələr aparıb.
Xatırladaq ki, Avrasiya Universitetlər Birliyi tərəfindən keçirilmiş Avrasiya Beynəlxalq Ali Təhsil Sammitinin məqsədi Avropa, Asiya, Yaxın Şərq, Afrika və Sakit Okean regionunda fəaliyyət göstərən müxtəlif universitetlərin nümayəndələri arasında elmi-texniki, iqtisadi və mədəni əməkdaşlığın qurulması və mövcud əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş müzakirələrin və fikir mübadiləsinin aparılmasıdır.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət