“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2016-cı ildə Azərbaycanda ÜDM-in 3,3% azalacağını proqnozlaşdırır. Bu barədə agentliyin məlumatında qeyd edilir.
“2016-cı ildə Azərbaycanda real ÜDM 3,3%, qeyri-neft sektoru 4% azalacaq, çünki hökumət xərcləri azaldır, banklar tərəfindən kreditlərin verilməsi dayandırılmaq üzrədir, istehlakçıların etimadı və alıcılıq qabiliyyəti isə aşağı düşür. Buna baxmayaraq, xərclərin azalmasının böyük hissəsi idxalın azaldılması hesabına təmin edilməlidir”, - deyə məlumatda qeyd olunur.
“Fitch” 2017-ci ildə və xüsusilə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2”nin tam şəkildə reallaşdırılmasına başlanacağı 2018-ci ildə artımın güclənməsini gözləyir. “Devalvasiyadan sonra qeyri-neft sektorunda, xüsusən də turizm və kənd təsərrüfatı sahələrində rəqabətə davamlılıq bərpa olunmalıdır”, - deyə agentlik vurğulayır.
Bununla yanaşı, agentlik hesab edir ki, Azərbaycanda neft hasilatı azalma tendensiyasını qoruyub saxlayacaq.
“Fitch”in rəyinə əsasən, 2016-cı ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2015-ci ildə 4%-ə qarşı 14%-dək artacaq.
Xəbər verildiyi kimi, “Standard & Poor`s” agentliyinin proqnozlarına görə, bu il Azərbaycanda ÜDM 1% azalacaq, “Moody`s” isə azalmanı 0,7% səviyyəsində proqnozlaşdırır.
Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2016-cı ildə Azərbaycanda ÜDM 1,8% artacaq. Statistik məlumatlara görə, cari ilin yanvar ayında iqtisadi azalma 3,3% təşkil edib.
2015-ci ildə Azərbaycanda ÜDM 1,1% artıb.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət