“Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində işlər 66% yerinə yetirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BP-Azerbaijan” şirkətindən (layihənin texniki operatoru – İF-Az) məlumat verilib.
“Mərhələ-2” çərçivəsində mühəndis-layihələndirmə və təchizat işlərinin 66%-i yerinə yetirilib. Azərbaycanda bu işlərin yerinə yetirilməsi üçün 20 min nəfər cəlb edilib, onların 80%-dən çoxu ölkə vətəndaşlarıdır”, - deyə şirkət nümayəndəsi qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda “Mərhələ-2” çərçivəsində dənizdə və quruda, həmçinin “Səngəçal” terminalı, ATA sahəsi (AMEK/Tekfen/Azfen), Bakı Dərin Özüllər Zavodu, Cənubi Qafqaz Boru Kəməri boyunca bütün tikinti-quraşdırma və istehsal sahələrində işlər həyata keçirilir.
Azərbaycan və Gürcüstanda Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi çərçivəsində işlər davam etdirilir.
“Azərbaycanda layihə çərçivəsində yeni qaz kəmərinin çəkilməsi üçün 71 km boru qaynaq edilib. 2015-ci ilin noyabr ayında başlamış xəndəyin qazılması, boruların xəndəyə endirilməsi, düzülməsi və üstünün torpaqlanması işləri indi də davam edir”, - deyə şirkətdən bildirilib.
Gürcüstanda 1-ci kompressor stansiyasında əsas tikinti-quraşdırma işləri davam edib və 2-ci kompressor stansiyasında, həmçinin 81-ci Sahədə tikinti işləri başlanıb. Həmçinin 27 km boru dəhliz boyunca düzülüb və 7 km qaynaq edilib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət