“Nikoil” İnvestisiya-Kommersiya Bankı (İKB) müştərilərlə hesablaşmaların fasiləsizliyini təmin etmək üçün ehtiyat fondu yaradıb. Bu barədə bankın məlumatında bildirilir.
Fondun yaradılması haqqında qərar bankın səhmdarlarının növbəti yığıncağında qəbul edilib. Yığıncaq bankın əsas səhmdarı olan “LUKOYL” neft şirkətinin prezidenti Vahid Ələkbərovun iştirakı ilə keçirilib.
Bankın İdarə Heyətinin sədri Vasiliy Xamaza 2015-ci ildə görülmüş işlər, 2016-cı il üçün planlar barədə məruzə ilə çıxış edib. Səhmdarlar iclasın yekunları üzrə əsas maliyyə göstəricilərini və 2016-cı ilin iş planını təsdiq edib, eləcə də PWC (Price Waterhouse Coopers) auditor şirkəti ilə birlikdə bankın 2019-cu ilə qədər strateji inkişaf planının hazırlanması, bankın müasir iqtisadi şəraitə cavab verən yeni təşkilati strukturunun təsdiq edilməsi barədə qərarlar qəbul edilib.
“Yığıncaqda qeyd olunub ki, 2015-ci il ərzində maliyyə bazarlarının dəyişikliklərini nəzərə alaraq, bank öz likvidliyini kifayət qədər yüksək səviyyədə qoruyub saxlaya bilib və müştərilərlə hesablamalarda heç bir əngəllərin yaranmasına yol verməyib. Bankın müştəri bazası 10%, müştəri hesabları üzrə əməliyyatlar isə 50% artıb”, - deyə məlumatda qeyd edilir.
“Nikoil” İKB 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərir. Bankın səhmdarları “Topaz Investment”, “Nikoil” SC, “Uralsib-İnvest” MMC və “ISR Holding”dir.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət