Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanuna düzəlişləri təsdiq edib.
Düzəlişlərə əsasən, 2016-cı il dövlət büdcəsinin gəlirləri 15,5% - 16 mlrd. 822 mln. manatadək, xərcləri 13,7% - 18 mlrd. 495 mln. manatadək artacaq. Kəsir 1 mlrd. 673 mln. manat və ya ÜDM-in 2,9%-ni təşkil edəcək.
Gəlirlərin strukturunda Vergilər Nazirliyinin planı 6,2% - 7 mlrd. 10 mln. manata qədər, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 13,8% - 1 mlrd. 810 mln. manata qədər artırılacaq.
ARDNF-dən büdcəyə transfertlər daha əvvəl təsdiq edilmiş büdcə ilə müqayisədə 1 mlrd. 615 mln. manat və ya 26,9% - 7 mlrd. 615 mln. manata qədər artacaq. Cari ildə fonddan dövlət büdcəsinə transfertlər dövlət büdcəsinin bütün gəlirlərinin 45,3%-ni təşkil edəcək.
Dövlət büdcəsinin digər gəlirləri 13 mln. manat artırılacaq.
Əlavə xərclərin strukturunda sosial tədbirlərin maliyyələşdirilməsinə 1 mlrd. 290 mln. manat yönəldiləcək.
Bundan əlavə, düzəlişlər nəticəsində dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna biznesin güzəştli kreditləşməsi üçün 70 mln. manat ayrılacaq.
Düzəlişlərə əsasən, ümumi dövlət məqsədləri üçün nəzərdə tutulmuş xərclər 26,8%, o cümlədən dövlət borcuna xidmət xərcləri 42% artırılıb. Bundan əlavə, müdafiə sahəsinin maliyyələşdirilməsi 21,3%, səhiyyə sahəsinin maliyyələşdirilməsi 11,5%, sosial müdafiə və sosial təminat sahəsinin maliyyələşdirilməsi 42,3%, MKT sektorunun maliyyələşdirilməsi 7,4% artırılır.
Düzəlişlər əsaslı dövlət kapital qoyuluşlarının həcminin 15,6% - 3 mlrd. manata qədər azaldılmasını nəzərdə tutur.
Düzəlişlər nəzərə alınmaqla, 2016-cı ildə dövlət büdcəsi xərclərinin 65,5%-ni cari, 24,9%-ni əsaslı, 9,6%-ni dövlət borclarına xidmət xərcləri təşkil edəcək.
Dövlət büdcəsinin parametrlərinə təkrar baxılarkən neftin bir barelinin qiyməti 25 dollardan hesablanıb, baxmayaraq ki, dövlət büdcəsi neftin bir barelinin qiyməti 50 dollar olmaqla təsdiq edilmişdi.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət