SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi (NQÇİ) 2016-cı ilin yanvar-fevral aylarında 158,575 min ton neft hasil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Neft istehsalı üzrə proqnoz 2016-cı ilin yanvar-fevral ayları ərzində 100% yerinə yetirilib.
Hesabat dövrü ərzində NQÇİ-nin qaz hasilatı 10,88 mln. kubmetr təşkil edib ki, bu da plan göstəricisindən 1,2% çoxdur. Plan 100% yerinə yetirilib.
Hesabat dövründə NQÇİ 3 yeni quyu istifadəyə verib.
Yanvar-fevral ayları ərzində fəaliyyətsiz fonddan 2 quyu bərpa edilib.
Eləcə də hesabat dövrü ərzində quyularda 20 geoloji tədbir (bunun nəticəsində 2,08 min ton neft hasil edilib) və 70 texniki tədbir (nəticədə 2,132 min ton neft hasil edilib) həyata keçirilib.
NQÇİ-nin quyu fondunda 470 quyu var ki, onlardan 442-si işlək, 27-si fəaliyyətsiz quyu fonduna daxildir, 1 quyu isə mənimsəmə mərhələsindədir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət