Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə bu günə qədər heyvandarlıq komplekslərinin və ətlik-südlük müəssisələrin yaradılmasına 140 mln. manat ayrılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
“Bu günə qədər SKMF-in xətti ilə 42 heyvandarlıq kompleksinin və ətlik-südlük müəssisənin yaradılması üçün sahibkarlara 140 mln. manata yaxın güzəştli kredit ayrılıb”,- deyə fonddan bildirilib.
Xüsusilə 30,55 min başlıq 25 heyvandarlıq kompleksinin yaradılmasına kreditlər ayrılıb.
Bundan əlavə, sahibkarlar illik 207,4 min ton emal gücünə malik 9 südlük, 16,2 min ton və 38,2 min ton emal gücünə malik 8 ət kəsimi və emalı müəssisəsinin yaradılması üçün güzəştli kredit alıblar.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 60 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 248,5 mln. manat məbləğində güzəştli kredit verilib. 2016-cı ildə bu məbləğ 250 mln. manat təşkil edəcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət