Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2014-2015-ci illərdə “Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalına $736,9 mln. yönəldib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
“2016-cı il yanvarın 1-nə “Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalı $1 mlrd. 444,9 mln. təşkil edib. Bunun $736,9 mln.-u ARDNF-in payına düşür”, - deyə fonddan bildirilib.
Azərbaycan prezidenti İlham Əliyev 2014-cü il fevralın 25-də "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsinin işlənməsi layihəsinin səmərəli idarə olunması, Cənubi Qafqaz, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərlərinin genişləndirilməsi ilə bağlı “Cənub Qaz Dəhlizi» QSC-nin yaradılması haqqında sərəncam imzalayıb. Cəmiyyətin kapitalında SOCAR 49%, dövlət 51% pay sahibidir. Azərbaycan Dövlət Neft Fondu dövlətin “Cənub Qaz Dəhlizi” QSC-də pay sahibi kimi iştirakının maliyyələşdirilməsini təmin edəcək. QSC-yə vəsaitlər qaytarılmaq şərti ilə uzunmüddətli investisiyalar şəklində verilir
“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində layihələrin səmərəli idarə edilməsi, Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi, TANAP və TAP qaz kəmərlərinin tikintisi məqsədi ilə yaradılıb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət