2016-cı il fevralın 1-nə banklar və bank olmayan kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 21 mlrd. 186,2 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 2,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2016-cı il fevralın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 314,6 mln. manat (azalma 12,9%) və ya bütün kreditlərin 6,2%-ni təşkil edir.
Fevralın 1-nə dövlət payına malik olan banklar tərəfindən 7 mlrd. 707 mln. manat (azalma 5,7%) və ya bütün kreditlərin 36,4%-i, özəl banklar tərəfindən 12 mlrd. 883,6 mln. manat (azalma 7,06%) və ya bütün kreditlərin 60,8%-i həcmində kredit verilib. Qalan məbləğ bank olmayan kredit təşkilatlarının payına düşür.
Fevralın əvvəlində verilmiş kreditlərin ümumi həcmindən 10 mlrd. 206,7 mln. manat (azalma 7,3%) milli valyuta, 10 mlrd. 979,5 mln. manat (artım 2,6%) xarici valyuta ilə verilib.
Cari ilin fevral ayının 1-nə olan vəziyyətə görə, bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 913 mln. manat (bütün kreditlərin 13,7%-i) ticarət və xidmət sahələrinin, 310,3 mln. manat (1,5%) energetika, kimya və təbii ehtiyatlar sektorunun, 441,1 mln. manat (2,1%) kənd təsərrüfatı və emal sahələrinin, 3 mlrd. 70,2 mln. manat (14,5%) tikinti və daşınmaz əmlak sahələrinin, 1 mlrd. 881,6 mln. manat (8,9%) sənaye və istehsal sektorunun, 1 mlrd. 501,9 mln. manat (7,1%) nəqliyyat və rabitə sahələrinin, 8 mlrd. 66,5 mln. manat (38,1%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət