“Technip İtaly” şirkəti “Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun yenidən qurulması layihəsi çərçivəsində detallı mühəndislik və təchizata dəstək üzrə ilkin işlərə cəlb edilib. Bu barədə SOCAR-dan (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) məlumat verilib.
Çərşənbə günü Sumqayıtda şirkətlər arasında müvafiq müqavilə imzalanıb.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev imzalanma məsasimində qeyd edib ki, həyata keçiriləcək tədbirlər nəticəsində mövcud texnoloji qurğular modernləşdiriləcək, yeni qurğular inşa olunacaq.
Onun sözlərinə görə, nəticədə “Azərikimya” İB-nin istehsal gücü artacaq, Sumqayıtda tikintisinə başlanılmış Polipropilen və Polietilen qurğuları xammal ilə təmin ediləcək, ölkənin bu məhsullara tələbatı ödəniləcək, ixrac potensialı artacaq, xammal və hazır məhsulların keyfiyyətinin yüksəldilməsi təmin olunacaq.
R.Abdullayev məlumat verib ki, mərhələli olaraq 2019-cu ilə qədər davam etdiriləcək layihələndirmə və tikinti işlərinin mürəkkəbliyi nəzərə alınaraq, “Technip İtaly” şirkəti detallı mühəndislik və təchizata dəstək üzrə ilkin işlərə cəlb edilib.
Daha əvvəl “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayevə istinadən məlumat verilmişdi ki, İB 2021-ci ilə qədər Etilen-polietilen zavodunda bir neçə yeni qurğunun tikintisini, infrastrukturun tam yenilənməsini planlaşdırır. Qurğuların layihələndirilməsi, avadanlıqların alınması üçün tenderlərin keçirilməsi, şirkətlərin seçilməsi, tikinti prosesinin tamamlanması işləri “Azərikimya” İB tərəfindən 5 il ərzində (2016-2020-ci illər) üç mərhələdə həyata keçiriləcək.
“Technip” şirkəti layihələrin idarə olunması, mühəndislik və neft və qaz sənayesi üçün obyektlərin tikintisi sahəsində dünya lideridir. Şirkətin fəaliyyət sahəsinə şelf və qitə yataqlarının abadlaşdırılması, boru kəmərləri, qaz emalı və mayeləşdirilməsi, neft emalı və neft kimyası daxildir.
Həmçinin “Technip” hidrogen və sintez-qazın istehsalı üzrə qurğuların texnologiyası, layihələndirilməsi və inşası üzrə dünya lideridir. Şirkət təbii qaz, neft səmt qazı, maye qaz və benzinin emalı üçün özünün hidrogen qurğusu texnologiyası və riformer konstruksiyasını təklif edir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət