“Cənub Qaz Dəhlizi” QSC fəaliyyətinin təmin olunması məqsədilə beynəlxalq bazarlarda $1 mlrd. məbləğində istiqraz yerləşdirməyi planlaşdırır. Bu barədə Maliyyə Nazirliyinin məlumatında qeyd edilir.
“10-16 mart tarixlərində maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti London, Nyu York, Los-Anceles, San-Fransisko və Boston şəhərlərində investorlarla görüşlər keçirəcək. Bazar şərtlərindən asılı olaraq istiqraz emissiyası 1 mlrd. ABŞ dolları həcmində proqnozlaşdırılır”, - deyə nazirlikdən bildirilib.
İstiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün "Citi Bank", "UniCredit", "JP Morgan" bankları səlahiyyətləndirilib. “Lazard Freres SAS” şirkəti isə Azərbaycan tərəfinin maliyyə məsləhətçisi rolunda cıxıs edir.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev 2014-cü il fevralın 25-də "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsinin işlənməsi layihəsinin səmərəli idarə olunması, Cənubi Qafqaz, Trans-Anadolu(TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərlərinin genişləndirilməsi ilə bağlı “Cənub Qaz Dəhlizi» QSC-nin yaradılması haqqında sərəncam imzalayıb.
Cəmiyyətin kapitalında SOCAR 49%, dövlət 51% pay sahibidir. Azərbaycan Dövlət Neft Fondu dövlətin “Cənub Qaz Dəhlizi” QSC-də pay sahibi kimi iştirakının maliyyələşdirilməsini təmin edəcək. 2014-cü ildə ARDNF reallaşdırılna layihələrdə “Cənub Qaz Dəhlizi” QSC-nin payının maliyyələşdirilməsinə $2 mlrd. 517 mln. vəsait yönəldib. QSC-yə vəsaitlər qaytarılmaq şərti ilə uzunmüddətli investisiyalar şəklində verilir
Ümumi uzunluğu 1,85 min kilometr olan qaz TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
17 mart 2015-ci il tarixində Türkiyənin Qars vilayətində Trans-Anadolu (Trans Anatolian Pipeline, TANAP) qaz kəmərinin təməlqoyma mərasimi keçirilib. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.
Trans-Anadolu qaz kəməri ilə Azərbaycan qazının Türkiyəyə nəqli 2018-ci ilin iyun ayında gözlənilir.
TANAP layihəsi $9,5 mlrd. dəyərində qiymətləndirilir. TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR (ARDNŞ) - 58%, BP - 12%, BOTAS - 30%.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət